"Saparmurad Türkmənbaşı və İslam Kərimov Nazarbayevin yanında şükürlü oldular..."






Nazarbayev göstərdi ki, türk dünyasının ağsaqqalı yox, öz ailəsinin ağsaqqalıdır.

İstefa oyunbazlığını həyata keçirməzdən əvvəl Avrasiya İttifaqı üzrə müttəfiq ölkələrin (o cümlədən Ermənistanın) rəhbərlərinə telefon açıb. Bunu başa düşdük. Amma türk dünyasının qeyri-rəsmi lideri kimi Türkiyənin prezidentinə də zəng edə bilərdi, etmədi. (Burada Türkiyənin Orta Asiyadakı nüfuzunun və təsir gücünün plintus səviyyəsində olması da rol oynayır, o ayrı mövzu.)

Mən Nazarbayevin Qazaxıstan dövlətçiliyinin inkişafı və qazax milli identikliyinin möhkəmlənməsi istiqamətindəki xidmətlərini inkar etmirəm. Rusiya ilə 7500 km uzunluğunda sərhəd xəttinə malik olmağın yaratdığı təhlükələri də yaxşı anlayıram. Amma bunların heç biri bu dərəcədə narsizmə, nepotizmə, tayfabazlığa bəraət sayıla bilməz.

Saparmurad Türkmənbaşı və İslam Kərimov şükürlü oldular Nazarbayevin yanında.
Tarix: 21-03-2019, 08:50
Xəbəri paylaş





Xəbər lenti