Böyük Britaniya Qolan yüksəkliklərini İsrail tərəfindən işğal olunmuş ərazi hesab edir. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın XİN-in rəsmi nümayəndəsi bildirib.
“Britaniya Qolan yüksəkliklərini İsrail tərəfindən işğal olunmuş ərazi hesab edir. Güc tətbiq etməklə ərazi işğalı beynəlxalq hüquq tərəfindən qadağa olunub. Biz 1981-ci il İsrailin işğalını tanımırıq və mövqeyimiz dəyişməyib”, - deyə nümayəndə məlumat verib.