ABŞ-dan Türkiyə ilə bağlı önəmli açıqlama: F-35...
Türkiyənin F-35 proqramının bir parçası olaraq qalmasını istəyirik.Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanaxan deyib. O həmçinin Ankaranın “Patriot” sistemi almasına da ABŞ-ın ehtiyacı olduğunu bildirib.
Qeyd edək ki, F-35 təyyarələri və “Patriot”larla bağlı problem Ankaranın Rusiyadan S-400 sistemləri almasından sonra yaranmışdı.
Tarix: 26-03-2019, 20:49