Ağ Evdən Kremlə tələb: “Rusiya Venesueladan getməlidir!”

 «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanı Venesueladan getməyə və «qeyri-legitim» prezident Nikolas Maduronu dəstəkləməkdən çəkinməyə məcbur etmək üçün istənilən vasitədən istiadə etməyə hazırdır. Bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib. «Rusiya getməlidir» – Tramp bəyan edib və jurnalistlərə bildirib ki, bu vəziyyətdə «fəaliyyətin bütün variantları mümkündür» («Röyter»).
Bu arada ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, hökumətin proqnozuna görə, Venesuelanı daha 2 milyon qaçqın tərk edəcək. «Onların bir çoxu Kolumbiyaya keçəcək, bir hissəsi isə Braziliyaya və bölgənin digər ölkələrinə» – Pompeo qeyd edib. Dövlət Departamenti başçısının fikrincə, Venesuela iqtisadiyyatının acınacaqlı durumu ABŞ sanksiyalarının nəticəsi yox, Karakas hökumətinin fəaliyyətinin nəticəsidir.
Tarix: 28-03-2019, 10:34
Xəbəri paylaş





Xəbər lenti