Hindistan peyk əleyhinə raketi uğurla sınaqdan keçirib.
Cebhe.info xarici mətbuata isitnadən bildirir ki, yeni raket buraxıldıqdan 3 dəqiqə sonra kosmik aparatı vurub.
Baş nazir Nanendra Modi bildirib ki, yeni silah Müdafiə Tədqiqatları Təşkilatı tərəfindən yaradılıb. Bu qələbə münasibətilə baş nazir sözügedən qurumun rəhbərliyini və əməkdaşlarını təbrik edib. Bildirib ki, bu vasitə ilə Hindistan təkcə yerdə deyil, havada və suda, eləcə də kosmosda özünün müdafiə qabiliyyətini artıracaq.
Mütəxəssislərin bildirdiyinə görə, kosmosda aparatın "tutulması" olduqca çətin vəzifədir, çünki bu aparatlar kosmik sürətlə hərəkət edir. Bu isə saniyədə 8 kilometrdir. Belə aparatları məhv etmək texnologiyası Rusiya, ABŞ və Çində var. Artıq bu ölkələrin sayı Hindistanla 4-ə çatıb.