Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrovun görüşü iki ölkə arasında əlaqələrin inkişafında dönüş nöqtəsi oldu.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədrinin müavini Dmitri Savelyev bildirib.
"Son 1 il ərzində sözügedən nazirlər arasında 19 telefon danışığı baş tutub. Antalya görüşü də olduqca məhsuldar idi. Tərəflər apreldə Moskvada keçiriləcək görüşün bütün əsas maddələrini ətraflı bir şəkildə dəyərləndirdi. Burada viza sərbəstliyi müqavilənin əsasını təşkil edir", - Savelyev qeyd edib.