NATO-Rusiya müharibəsində istifadə ediləcək ən möhtəşəm silahın adı açıqlanıb.
Cebhe.info xəbər verir ki, silahın adı “Business Insider"da dərc olunan ekspert məqaləsində yer alıb.
Mütəxəssislərin ümumi rəyinə görə, bu silah Rusiyaya qarşı müharibədə istifadə edilə bilər. Söhbət ABŞ-ın 5-ci nəsil “F-35”lərindən olan “Lightning II"dən gedir. Başqa ölkələr hələlik belə yüksək texnologiyaya malik silah yarada bilməyib.
Həmçinin bəzi Avropa ökələri ilə birgə hazırlanan “Eurofighter Typhoon" qırıcısının da adı çəkilir. Mütəxəssislər onu Rusiyanın “Su-35”i ilə müqayisə edib və üstünlük “Eurofighter Typhoon"ə veirlib.
Siyahya həmçinin “B-52”, “B-2 Spirit” və “B 1B Lancer” də daxil edilib. Bu silahlar da rəqibin hücumunu anında dəf etməyə qadirdir.
ABŞ istehsalı olan “P-8A Poseidon” sualtı qayıqların "ovçusu" kimi siyahıda yer alıb. Amerikaya məxsus hücum helikoptri olan “AH-64 Apache” və Almaniyanın “Lepoard 2”döyüş tankı da siyahıdadır. ABŞ-ın aviadaşıyıcısı olan “Nimitiz” də unudulmayıb.