Ukraynada yeni Maydan hərəkatı başlayır?
Batkivşina Partiyasının lideri Yuliya Timoşenkonun Ukraynada yeni Maydan hərəkatı təşkil etmək üçün resursları mövcuddur. Lakin məlumdur ki, “Maydan” yalnız xarici qüvvələrin təsiri ilə baş tutur.Axar.az xəbər verir ki, bu sözləri siyasi ekspert Sergey Pantaleyev deyib.
“Şübhəsiz ki, onda (Timoşenko) imkanlar var. Lakin burada Maydan hərəkatının baş tutub-tutmaması daxildəki oyunçuların xaricilərlə əlaqəsindən asılı olacaq. Mən amerikalıları nəzərdə tuturam. Bu mənada Timoşenkonu bəzi xarici qüvvələrlə əlaqəyə girərək yeni “Maydan” təşkil etmə ehtimalını gözardı etmək olmaz. Həmişəki kimi nə mümkündürsə, o da Ukraynada baş verə bilər”, - deyə ekspert bildirib.
Qeyd edək ki, ötən gün Ukraynada prezident seçkiləri baş tutub.
Sayılan səs faizlərinə görə, şoumen Vladimir Zelenski irəlidədir. Hazırki prezident Pyotr Poroşenko II, Timoşenko isə qazandığı səs faizləri ilə III sırada qərarlaşır.
Tarix: 1-04-2019, 10:35