Ukraynada prezident seçkisi: Poroşenko ilə yola davam, yoxsa?


Elxan Şahinoğlu: “Azərbaycan üçün ideal variant onun yenidən prezident seçilməsidir...”

Martın 31-də Ukraynada prezident seçkiləri keçirilib. 30 milyona yaxın seçicinin olduğu ölkədə 39 namizəd prezidentlik uğrunda yarışırdı. Krımın Rusiya tərəfindən ilhaqı və ölkənin şərq istiqamətində gedən döyüşlər səbəbindən 5 milyondan artıq şəxs səsvermədə iştirak edə bilməyib.

 

Bundan başqa, Mərkəzi Seçki Komissiyası Rusiyada səsvermə reqlamentində dəyişikliklər edib. Belə ki, MSK öz vətəndaşlarına Rusiya ərazisində səsverməni qadağan edib. Əvəzində isə, onlara Gürcüstan, Qazaxıstan və Finlandiyada mövcud olan seçki məntəqələrində səs verməyi təklif edib.

Ukraine Votes 2019 ile ilgili görsel sonucu

Seçkiləri 40-dan çox ölkədən 1,5 mindən çox beynəlxalq müşahidəçi izləyib. Ümumilikdə, Ukraynanın Mərkəzi Seçki Komissiyası 19 beynəlxalq təşkilatı və 17 xarici dövləti təmsil edən 2344 rəsmi müşahidəçini qeydiyyatdan keçirib.

Qeyd edək ki, seçkilərə qədər keçirilən sorğularda üç namizəddən birinin ya qalib gələcəyi, ya da iki iddiaçının ikinci tura keçəcəyi dəqiqləşmişdi. Bunlar hazırkı prezident Petro Poroşenko, “Batkivşina” lideri Yuliya Timoşenko və şoumen-aparıcı Vladimir Zelenski idi. Bu sıraya şansları nisbətən az olsa da, ruspərəst namizəd, deputat Yuri Boyka da əlavə edilirdi.

Məlumat üçün onu da bildirək ki, ilk turun rəsmi nəticələri aprelin 10-dək elan ediləcək, namizədlərdən heç biri 50% həddini aşa bilməsə, aprelin 21-də ikinci tur keçiriləcək. Onun nəticələri isə mayın 1-dək açıqlanacaq. Prezidentin andiçmə mərasimi isə iyunun 3-də nəzərdə tutulur.

Ukraynadakı seçki prosesi Azərbaycanda da diqqətlə izlənilirdi. Buna səbəb ölkəmizə ən yaxın dövlətlər sırasında hər zaman Ukraynanın ilk sıralarda yer almasıdır. Rəsmi Bakı üçün hansı namizədin qalib gəlməsinin əhəmiyyəti, eləcə də iddiaçılardan kimin uğur qazanacağı, ikinci tur olarsa, bu tura keçəcək iki şəxsin kim olacağı yönündə müzakirələr getdi.

Qəzet çapa gedərkən, seçkilərin ilkin nəticələri hələ açıqlanmamışdı. Bunun üçün də geniş məlumat vermək mümkün olmadı.

âAtlasâ AraÅdırmalar MÉrkÉzinin rÉhbÉri Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a Ukrayna seçkilərini bu cür şərh etdi:“Ukraynadakı prezident seçkisi Azərbaycanda da diqqətlə izlənilir. Bu təbiidir. Ukrayna ilə sıx əlaqələrimiz var, orada təxminən 500 min azərbaycanlı yaşayır. Ukraynada prezident seçkisinin ikinci turu olacağı şəksizdir. Artist Vladimir Zelenskinin reytinqi yüksəkdir. Zelenskinin dostları arasında ermənilərin çoxluq təşkil etdiyini də vurğulamaq lazımdır. Zelenski Ukraynanın prezidenti seçilərsə, oliqarx İqor Kolomoyskiy bir müddət ölkənin əsas fiquruna çevriləcək. Zelenski öz şouları ilə məhz Kolomoyskinin nəzarət etdiyi televiziya kanalında məşhurlaşıb. Digər tərəfdən, Zelenskinin seçkiqabağı kampaniyası da Kolomoyski tərəfindən maliyyələşdirilir. Kolomoyski Petro Poroşenkodan narazıdır. Çünki Poroşenko bir neçə il əvvəl Kolomoyskinin ölkə siyasətinə təsirini azaltmaq üçün onun ölkəni tərk etməsini istədi. Kolomoyski bir müddət İsveçrədəki villasında yaşadı, daha sonra İsrailə köçdü. Poroşenko Kolomoyskini siyasətdən uzaqlaşdıra bilmədi. Çünki Kolomoyski ölkə kənarından da Ukraynadakı siyasi proseslərə təsir etdi və Zelenski onun uğurlu layihəsi sayılır. Zelenski qələbə qazanarsa, Kolomoyski Ukraynaya qayıdacaq”.

Politoloq rəsmi Bakı üçün ən uğurlu variantın Poroşenko olduğunu düşünür: “Poroşenko Azərbaycana rəsmi səfər etmişdi. İlham Əliyev onunla yaxın münasibətlər qurmuşdu. Ona görə də Azərbaycan üçün ideal variant Poroşenkonun yenidən prezident seçilməsidir. Ancaq başqa siyasətçinin Ukrayna prezidenti seçilməsi də Azərbaycan üçün problem olmayacaq. Ukrayna GUAM çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada investisiyaları var. İki ölkə arasında yük daşımaçılığı artır. Yeni prezident də bu əlaqələrin davamına çalışacaq. Yəni Ukraynanın istənilən prezidenti Azərbaycanla əməkdaşlıq reallığını qəbul etməlidir, çünki bu ilk növbədə iqtisadiyyatını dirçətlməyə çalışan Ukraynanın xeyrinədir. Ukraynada prezidentliyə namizədlərdən biri Yuri Boyko seçkiyə bir həftə qalmış Moskvaya gedərək Rusiyanın baş naziri Dmitri Medvedyevlə və ”Qazprom" şirkətinin rəhbəri Aleksey Millerlə görüşdü. Görüşün məqsədi kimi Rusiya qazının Ukraynadan tranzitinin davam etdirilməsinin təminatı göstərildi. İki ölkə arasında qazın tranziti ilə bağlı saziş bu il bitir. Rusiya Avropaya qazı Şimal və Qara dənizin dibi ilə çatdırmağa başlasa, Ukraynadan tranzitə ehtiyacı qalmayacaq.

Moskvanın məqsədi bu yolla Ukraynanın hazırki hakimiyyətini cəzalandırmaqdır. Yuri Boyko Rusiyanın baş naziri ilə görüşdə dedi ki, Rusiya qazının tranziti Ukraynaya illik 3 milyard dollar gəlir gətirir, ayrıca bu 50 min iş yeri deməkdir, Ukrayna da bu qazdan tələbatını ödəmək üçün istifadə edir. Boyko onu da dedi ki, iki ölkə arasında ticarət mübadiləsini artırmaq lazımdır. Çox qəribə vəziyyətdir. Ukraynalı siyasətçi və prezidentliyə namizəd torpaqlarını ilhaq edən və separatçılara dəstək verən ölkəyə səfər edərək əməkdaşlığın inkişafı perspektivlərindən danışdi. Yuri Boyko ikinci tura keçməyəcək. Belə isə Kremlin Boykonu Moskvaya dəvət edib danışıqlar aparmasında məqsədi nə idi? Birincisi, Moskva Boyko ilə danışıqlar əsasında Ukrayna cəmiyyətinə mesaj göndərdi ki, əgər bizim namizədi prezident seçsəniz, ucuz qaz da alacaqsınız, tranzit də davam edəcək, 3 milyard dollar itkiniz də olmayacaq. Əks halda, hamısını itirəcəksiniz. İkincisi, Moskva da yəqin bilirdi ki, Boyko prezident seçilməyəcək. Buna baxmayaraq, Ukraynanın şərqində və mərkəzindəki elektoratın bir hissəsi Boykoya səs verəcək. Kreml Ukraynada prezident kürsüsünə öz adamını otuzdura bilməsə də, oktyabrda keçiriləcək parlament seçkilərində Rusiya ilə yaxınlığa tərəfdar çıxan daha çox siyasətçini Ali Radaya üzv etdirməyə çalışacaq. Boykonun Moskva səfəri bu siyasətin indidən formalaşdırılmağa başlamasının işarəsidir. Rusiya Ukraynada nə vaxtsa istədiyi siyasətçini və ya siyasi partiyanı hakimiyyətə gətirsə, sanksiyalardan qurtulacaq. Ukraynanın hansısa hakimiyyəti Rusiya ilə siyasi və iqtisadi əlaqələri bərpa edərsə və Krım məsələsini unudarsa, Qərbin Rusiyaya qarşı sanksiya tətbiqinə ehtiyac qalmayacaq. Çünki işğala məruz qalan ölkənin özü belə Rusiyanı bağışlamağa hazır olacaq. Ona görə də yaxın illərdə Kremlin qarşısında duran əsas vəzifə Ukraynada ruspərəst siyasətçini və partiyanı hakimiyyətə gətirməkdir".


Tarix: 1-04-2019, 10:39
Xəbəri paylaş





Xəbər lenti