“Petro Poroşenko inanılmaz dərəcədə qəzəblidir, əgər o, ikinci turda qalib gələrsə, dərhal ona mane olmağa çalışan hər kəsi “yeyəcək””. Ukraynalılar bu barədə ciddi düşünməlidirlər”.
Cebhe.info xarici mətbuata istinadən bildirir ki, bunu aparıcı Sergey Mixayev bildirib.
O bildirib ki, artıq Poroşenko hislərini gizlətmir və bildirir ki, istənilən halda qələbə qazanmalıdır: “Bu isə onu göstərir ki, Poroşenko istənilən vasitə və texnologiyadan istifadə edəcək. Hər kəsdən qisas alacaq, ona qarşı çıxanlara qarşı olacaq. Bura radikallardan tutmuş Ukrayna Provaslav Kilsəsinə qədər çox adam daxildir”.
Xatırladaq ki, Ukraynadakı son seçkilərin nəticələri ikinci turu mümkün edir. Bu turda Poroşenko və Zelenski mübarizə aparacaq. İndiki nəticələrə görə, Zelenski 30 faiz, Poroşenko 17 faiz, Timoşenko isə 13 faiz səs alıb.