31 mart yerli seçkiləri yol qəzası baş vermədən tamamlandı. “Cumhur İttifaqı” səslərin 50 faizindən çoxunu qazanaraq, Türkiyənin iqtidar seçiminin dəyişmədiyini göstərib. CHP və İP ittifaqı isə 40 faizdən az səs toplayaraq bu seçkilərdə də uğursuz oldu.
Nəzərlərin çevrildiyi İstanbulda Binəli Yıldırım ilə Ekrem İmamoğlu başa-baş çəkişərkən, Ankarada CHP-İP və HDP-nin birgə namizədi Mansur Yavaş yarışı irəlidə tamamlamaqdadır. Seçkinin ən böyük məğlubları isə HDP və İP oldu.
HDP Ağrı, Şırnak, Bitlis və Tuncelidə məğlub olaraq kürdlərdən böyük bir zərbə aldı. Xüsusilə də Ağrıda topladığı yüksək səs faizinə görə Savcı Sayanı təbrik eləmək lazımdır.
Ümumilikdə bölgələrdən olan seçki nəticələri olduqca sevindiricidir. HDP-nin “çuxur siyasəti” və terrorla arasına məsafə qoymaması kürdlər tərəfindən səsvermə faizi ilə cəzalandırıldı. Bu nəticə AKP-nin MHP ilə yaratdığı “Cumhur ittifaqı”nın şərqdə və cənub-şərqdə böyük dəstək gördüyünü göstərir. Kürdlər terror təşkilatını və onun siyasi şaxəsini yox, böyük Türkiyənin bütövlüyünü dəstəkləyiblər.
İP isə (yaxın saatlarda Balıkesirdə nəticə dəyişməzsə), heç bir rayonda uğur əldə eləməyərək sıfır nəticə alıb.
Bu tabloya görə, seçkilərin mübahisəsiz qalibi Ərdoğanın liderlik etdiyi “Cumhur ittifaqı” olub. 17 ildir ki, iqtidar olmağın dezavantajlılığı ilə seçkiyə daxil olmasına rəğmən, AKP bu seçkidən açıq fərqlə birinci partiya olaraq çıxmaqla böyük uğur əldə elədi.
Həmçinin, Dövlət Baxçalının lideri olduğu MHP də baş verən bölmə-parçalama əməliyyatlarını nəzərə alsaq, 1 böyük şəhər və 10 rayonda qələbə çalaraq, ciddi bir nailiyyət əldə elədi. Xaricdən və daxildən aparılan qara təbliğat mexanizminə, Türkiyə iqtisadiyyatına qarşı əməliyyatlara və son olaraq dörd fərqli müxalifət partiyasının ortaqlığına rəğmən, millət geriyə addım atmadan siyasi seçimində “Cumhur İttifaqı”na üstünlük verərək mühüm mövqe sərgiləyib.
Bu seçkinin nəticələri ilə millət gələcək dörd il yarımlıq prosesini təminat altına almış olaraq, Türkiyəyə qızıl dəyərində fürsət vermiş olub. Türkiyədə sabitliyi pozmaq planları bu seçkinin nəticələri ilə boşa çıxarılıb. İqtidar partiyası və prezident Ərdoğanın qarşısında 4,5 illik qızıl dəyərində bir zaman və fürsət yaranır. Bu seçki nəticələri FETÖ və PKK-nın axırına çıxacağı kimi, cənub sərhədlərimizdəki “terror dövləti” planlarını da tarixin tullantı qutusuna göndəriləcək. Xeyirli olsun.
Tərcümə Hurriyyet.org-undur