Amerikalı professor: “UNO gələcəkdən gəlir”


Amerikalı professor: “UNO gələcəkdən gəlir”

ABŞ-ın Montana Texnologiya universitetinin alimi professor Maykl Masters "Məlum uçan obyektlər" adlı elmi-roman yazıb.

Milli.Az  xəbər verir ki, Maykl Masters kitabında UNO ilə bağlı fikirlərini bölüşüb. Bir çoxları UNO-ları yerdənkənar sivilizasiya adlandırsa da, alim tamamilə başqa fikirdədir. Masters ehtimal edir ki, bu hava gəmiləri gələcəkdən gəlir.

Antropologiya üzrə elmlər doktoru olan Masters insanların UNO və yadplanetlilərlə görüşünə dair minlərlə hadisəni araşdırıb. Demək olar ki, bütün şahidlərin ifadəsinə əsasən, yadplanetlilər iki əli və iki ayağı olan, hər əlində bir neçə barmağı, boz dərisi, böyük başı və gözü olan məxluqlar kimi təsvir edilir. Bundan başqa, sözügedən məxluqlar bizim danışdığımız dili də anlayırlar.

Nəticədə professor bu qənaətə gəlib ki, bu sirli məxluqlar digər planetlərdən gələn qonaq yox, bizim gələcəkdəki davamçılarımızdır. Mastersin fikrinə əsasən, uzaq gələcəkdə evolyusiya prosesinə əsasən, insanlar bizə çox bənzəməyəcəklər və zamanda səyahət edən texnologiyaya sahib olacaq. Bununla da keçmişə səfər edərək bizi müşahidə edəcəklər. Bu səbəbdən biz sadəcə dərk etmirik ki, qarşımızdakılar gələcəyin insanlarıdır.


Tarix: 2-04-2019, 08:14
Xəbəri paylaş





Xəbər lenti