Əvvəlcədən də gözlənildiyi kimi, Əlcəzair prezidenti Əbdüləziz Buteflika istefa verib. Cebhe.info xarici KİV-ə istinadən bldirir ki, prezident Əbdüləziz Buteflika dövlət başçısı kimi səlahiyyətlərini dayandırıldığı barədə qərarını Konstitusiya Şurasının rəhbərinə rəsmən açıqlayıb.
Bundan əvvəl, 1 apreldə isə prezident ölkədə yeni hökumət təyin edib. Yeni təyanatlar prezidentin istefaya hazırlaşması kimi xarakterizə edilib.
Ekspertlər bunu prezidentin keçid hökuməti formalaşdırması kimi dəyərləndirib. İndi isə gözlənilən olub və ölkədə kütləvi aksiyalar fonunda prezident növbəti dəfə yüksək kürsüyə əyləşmək istəməyib.