İstanbulda 120 minə yaxın səs yenidən sayıldı: Əkrəm İmamoğlu rəqəm verdi - SON DƏQİQƏ


İstanbulda 120 minə yaxın səs yenidən sayıldı: Əkrəm İmamoğlu rəqəm verdi - SON DƏQİQƏ 

Hazırda Türkiyənin İstanbul şəhərində etibarsız bülletenlərin sayımı davam edir.

Cebhe.info xəbər verir ki, “Millət ittifaqı”nın namizədi Əkrəm İmamoğlu bu gün səhər "FOX TV"-də canlı yayımda etibarsız bülletenlərin sayılma prosesi ilə bağlı son məlumatı verib.

Bildirib ki, artıq İstanbulda17 rayonda etibarsız bülletenlərin sayımı başa çatıb. Bu isə ümumilikdə 119 mindən artıq etibarsız bülleten deməkdir. 

Son sayılma ilə Əkrəm İmamoğlu və Binəli Yıldırım arasındakı səs fərqi 18742-yə enib. Belə ki, etibarsız səslərdən 2184 səs Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi olan Binəli Yıldırıma, 800 səs isə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluya yazılıb.

Tarix: 5-04-2019, 09:44
Xəbəri paylaş





Xəbər lenti