Böyük Britaniyanın baş naziri Tereza Mey “Breksit”in əldən çıxacağı barədə parlamentə xəbərdarlıq edib.
“The Guardian” qəzetinin məlumatına görə, ada dövlətinin baş naziri parlament deputatları qarşısında çıxış edərək, vəziyyətin mürəkkəb olduğunu xatırladıb.
Onun sözlərinə görə, Böyük Britaniya hökuməti indi konkret iki seçim qarşısında qalıb: ya Birliyi heç bir saziş olmadan tərk etmək, ya da ümumiyyətlə, “Breksit”dən vaz keçmək...
Baş nazir ölkənin AB-nin tərkibindən çıxması üçün sazişin təsdiqlənməsinin vacib olduğunu vurğulayıb.
“Mən “Breksit”in ləğvinin əleyhinəyəm. Bizim referendumda bu yöndə səs verən insanların iradələrini yerinə yetirməyimiz lazımdır”, - deyə Tereza Mey bildirib.
Xəbər verildiyi kimi, Böyük Britaniya hökuməti aprel ayının 5-də “Breksit”in bir daha, bu dəfə iyunun 30-na qədər təxirə salınmasını Brüsseldən xahiş edib.
Lakin indidən kraliçanın təbəələrinə üzərində “Avropa Birliyi” yazılmayan pasportlar paylanılmağa başlanılıb.
Musavat.com