Yəhudi dahiliyinin 20 səbəbi - araşdırma


Yəhudi dahiliyinin sirri nədir? – “Commentary” jurnalında dərc olunmuş “Yəhudi dahiliyi” məqaləsində amerikalı alim Çarlz Mürrey soruşur. Yəhudilər bəşəriyyətin cəmi 0,2 faizini təşkil edirlər, amma, onlar 20-ci əsrin birinci yarısında Nobel mükafatlarının 14, ikinci yarısında 29 faizini, 21-ci əsrin əvvllərində isə 32 faizini alıblar.

İntellektual qabiliyyətləri ölçən IQ (intelligence quotient, intellekt əmsalı) testi işlənib hazırlandıqdan sonra məlum olub ki, yəhudilərdə bu qeyri-adi dərəcədə yüksəkdir. Orta IQ 100 bal təşkil edir, amma yəhudilərdə orta bal – 110-dur, 140 və daha daha yüksək intellektual qabiliyyət balına malik olanlar arasında yəhudilərin sayı isə digər millətlərdən altı dəfə çoxdur. 1954-cü ildə Nyu-York məktəblərində IQ 170 və daha yüksək bal olan 28 uşaq aşkar edilmişdi ki, onlardan da 24-nün yəhudi olduğu üzə çıxmışdı.

Mürrey “təqib olunmanı sağ qalmaq üçün yəhudilərin intellektini itiləşdirdiyini” təsdiq edən “təbii seçim” nəzəriyyəsini rədd edir. İntellekt yəhudi talanları zamanı onların sağ qalmasına kömək edə bilməzdi, əksinə, uğurlu adamlar qarətlər və zorakılıqların ilk qurbanları olurdular. LiveJournal istifadəçisi Moşe Kam diqqətlə öyrənilməsi vacib olan və yəhudilərin dahiliyini izah edən iyirmi hipotez irəli sürüb.

1.Babil yevgenikası (yevgenika - insan nəslini bioloji yolla yaxşılaşdırmaq haqqında nəzəriyyə)

Eramızdan əvvəl 586-cı ildə Yerusəlim (Qüds) Navuxudonosorun idarəçiliyi dövründəki Babilistan tərəfindən tam şəkildə yerlə-yeksan edilmişdi. Navuxudonosor “kasıblar istisna olunmaqla bu torpaqda yaşayan bütün əhalini (yəhudiləri)... bütün zabit və əsgərləri, dülgər və dəmirçiləri Babilistana sürgün etmişdi”.

Yerusəlimdən sürgün edilənlər Babilistanda sürgün həyatı yaşadıqları dövrdə yəhudilər ilk diasporlarını yaratmağa nail olmuşdular. Max Dimont “Məğlubedilməz yəhudilər” kitabında belə yazır: “Babilistandakı kitabxanalarda yəhudi-intellektuallar özləri üçün bütöv yeni ideyalar aləmi kəşf etmişdilər. Beş onillik ərzində sürgün edilmiş yəhudilər Babilistan cəmiyyətinin yüksək təbəqəsi halına gəlib çatmış, sahibkarlıq, elm və mədəniyyət sahəsində nailiyyətlər əldə etmişdilər. Onlar ticarət, elmi fəaliyyət sahələrində liderliyə yüksəlmiş, hökmdarların məsləhətçilərinə çevrilmişdilər”.

E.ə. 538-ci ildə İran şahı Böyük Kir yəhudilərə öz vətənlərinə qayıtmağa icazə verdi. Babilistanda uğurlu ticarət yolları və biznes quran varlı yəhudilər, geri qayıtmağa can atan və Yəhudi dövlətini bərpa etməyə çalışan insanları maliyyələşdirirdilər. Bununla bağlı ilkin cəhdlər uğursuz alındı, amma, sonda 1760 nəfər, peyğəmbər Yezdra və hökmdar Neemin Yerusəlim divarını bərpa etdi və millətin dirçəlişini təmin etdi. İsrailə geri dönən “Babilistan” Yəhudiləri aşkar etdilər ki, özlərinin kasıb həmvətənləri yarım əsr geri qalıblar və demək olar ki, bütpərəst qəbilələr tərəfindən assimlyasiyaya uğrayıblar və yoxa çıxmaq üzrədirlər. Cyril Darlington özünün “İnsanın və cəmiyyətin təkamülü” ilə bağlı işlərində güman edir ki, yəhudi elitasının ayrılması, təhsilsiz və bacarıqsızların daim çıxdaş edilməsi, genetik intellektual dalğaya gətirib çıxardı.

Geri qayıdan yəhudilər həm də gələcəkdə əqli, mədəniyyəti möhkəmləndirən iki ənənəni yaratdılar – bütpərəstlərlə nikah qadağan olundu və bu Musa peyğəmbərin ilk beş kitabı Tövratda qanuniləşdirildi.

2. Xalq üçün müəmmalı kitab

Tövrat (yəhudi Bibliyasının ilk beş kitabı) və Talmud (ravvinlərin arqumentləri ilə bağlı qeydlər) kompleksli və mürəkkəbdir. İudaizmə sitayiş edənlər geniş həcmli və mürəkkəb qanunları öyrənməlidirlər. Bu müqəddəs kitabların məzmunu sadə və hərfi deyil, əksinə bir çox hallarda bu abstrakt səviyyələrdə başa düşülmək üçün yaradılıb. Din tərəfindən ruhlandırılan kor-koranə iman və qul xəbərdarlığı – iudazim üçün deyildir. Bunun yerinə tək Allaha iman gətirmək savadlılıq, mətnlərin şərhi üçün koqnotiv (psixoloji) vərdişlər tələb edirdi. Talmudun ənənəvi izahı “onu yeddi il gün ərzində yeddi saat öyrənməyi” tələb edir. Çarlz Mürrey qeyd edir ki, “digər heç bir din iman gətirənə bu qədər iddia irəli sürmür”, sonrakı təhlillər göstərir ki, “iudaizmdə yaxşı yəhudi olmaq, ağıllı yəhudi olmaq deməkdir”.

 3. Sağlam həyat tərzi və qidalanma

Öz adətlərinə görə yəhudilər bütpərəstlərdən daha təmizkar olublar. Hər dəfə qida qəbul etməzdən öncə əllərin yuyulması, kişilərin hər həftə çimməsi və qadınların menstruasiya dövrü qurtaran kimi hər ay təmizlənmələri qeyd olunur. Donuz ətinin qadağan olunması, yəhudiləri trixinellez xəstəliyindən müdafiə edirdi. Yəhudilər az xəstələnir, onların bədənləri az əzab çəkirdi və bu onların əqli qabiliyyətini yaxşılaşdırırdı.

Belə nöqteyi-nəzər dəfələrlə təkrar olunur. Con Hopkins universitetindən olan farmakoloq Devid Maxt tədqiqatlar aparıb, onların nəticəsində güman edir ki, müqəddəs kitablar və Levit kitabı tərəfindən qadağan olunmuş onlarla ət xörəyi əslində koşer qidalarla (kaşrutun – qida qəbulu barədə yəhudi qanunları) müqayisədə çox zəhərli idilər. Bundan əlavə, “Xəstənin həyatının xilası” kitabının müəllifi Şaron Moalem təxmin edir ki, Pesax dövründə (yəhudilərin pəhriz dönəmi) bütün kvaskimilərdən imtina etmək yəhudiləri 13-cü əsrdə siçovullardan və taun xəstəliyinin yayılmasından qoruyub. Və sonda heç də az əhəmiyyətli olmayan daha bir fakt – varlı yəhudilər şərqi Avropa əhalisinin yaşadıqları mənzillərdən daha geniş evlərdə yaşayırdılar ki, bu da onlara epidemiyalardan daha az itkilərlə çıxmağa imkan verirdi.

4. Təhsilə xüsusi önəm

Tövrat hər yəhudi atasından uşaqlarına bu müqəddəs kitabın qanunlarını öyrətməyi tələb edir. Futurepundit.com saytında Marisa Landau qeyd edir ki, yəhudi dini uşaqları təhsilsiz qoymağı qadağan edir. Bundan əlavə, Landau qeyd edir ki, yəhudi qadınları da oxumağı və yazmağı öyrənirdilər ki, bu da qədim dünyada çox unikal bir fenomen idi. Landau həmçinin xatırladır ki, yəhudilərdə özünü oxumağa həsr etmək istəyən kürəkənləri 10 yaşına kimi tam şəkildə təmin etmək kimi bir ənənə də mövcud olub. Gərək ki, “təqaüdə” bənzər bir şeyi də ilk olaraq, məhz, yəhudilər icad ediblər.

5. Oğlan uşaqları üçün məcburi məktəblər

64-cü ildə ilk kahin İşeua ben Gamla 6 yaşından başlayaraq bütün oğlan uşaqları üçün məcburi məktəblərin açılması barədə sərəncam imzalamış və onu tətbiq etmişdi. 100 il ərzində yəhudilər universal savadlılığa malik və tarixdə kişilər arasında hesablamağı bacaran ilk millət olmuşlar.

Mütərəqqi sərəncam böyük demoqrafik dəyişikliklərə gətirib çıxardı. Yüksək təhsil haqqı və 2 və 6-cı əsrlər arasında fermer təsərrüfatlarının üstünlüyünün mövcud olması, bir çox yəhudiləri xristianlığı qəbul etməsinə gətirib çıxardı ki, bu da yəhudi əhalisinin sayının 4,5 milyondan 1,2 milyona enməsinə səbəb oldu.

Təbii “yevgenika” belə halda iki qrupa üstünlük verirdi: 1) öz uşaqlarını təhsillə təmin etməyi bacaran və oğullarını Yəhudi olaraq qalmalarını təmin edən daha varlı valideynlər və 2) daha tez oxumağı, yazmağı və hesablamağı bacaran ən ağıllı oğlanlar, hansılar ki, bu onların özlərini “yəhudi kimi” qalmalarına imkan verirdi. Bəs kimlər çıxdaş olunurdu? Kim genofonddan çıxarılırdı? Cavab: kasıblar, təhsilsiz yəhudilər və ya ən aşağı IQ olanlar.

6. Şəhərlərin genişlənməsi

Yəhudilərin 80-90% bizim eranın 1-ci ilində fermerlərdən ibarət idi. Lakin, bizim eranın 1000-ci ilinə kimi fermer təsərrüfatlarında çalışanların sayı 10-20% arasında qalmışdı. Coşua ben Gamlanın əmrinə əsasən müəyyən səviyyədə təhsil yəhudi oğlan uşaqlarına kəndlərdən şəhərə gəlmək və daha ixtisaslı peşələrə, o cümlədən ticarət və maliyyə işləri ilə bağlı peşələrə yiyələnmək imkanı yaradırdı.

Kəndlərdən şəhərə gəliş IQ-nin yüksəlişinə gətirib çıxarırdı, urbanizasiya sayəsində təhsillilərin sayı durmadan artır və texnologiyalar inkişaf edirdi. Hanoy Milli universitetinin tədqiqatlarına görə, 2006-cı ildə kənd yerlərindən olan tələbələrlə şəhərdən olanların IQ arasında fərq 19,4 bal təşkil edirdi. 1970-ci ildə Yunanıstanda aparılan oxşar tədqiqatlarda isə bu fərq 10-13 bal təşkil edirdi. Digər tədqiqatlar isə daha aşağı 2-6 bal fərqini göstərirdi, amma, hamı bir şeydə razılaşırdı ki, şəhər sakinləri daha yüksək nəticələr göstərirlər, Yəhudilər isə dünyada ən çox urbanizasiyaya uğrayan millət hesab olunur.

7. Dialektik və rasional düşüncə

Yəhudilərdə təhsilə yanaşma – “dialektikdir”. Talmudun özü – sadəcə “qanunlar külliyatı” deyil, əksinə - TEZİSLƏR məcmuəsidir. Yəhudiləri bir hadisəni müxtəlif aspektlərdən görməyi öyrədirlər, onlar istənilən mövzuya, o cümlədən Qanun, Ravvinlər məntiqi və dinə aid, suallar formalaşdırmağı öyrənirlər. Ravvinlər arqumentləşdirmək bacarığını inkişaf etdirir, arqumentləşdirməklə bağlı bütöv sistemdən isə yəhudilər 2000 ildir ki, dini və sivil debatlarda istifadə edirlər.

Dialektika – yəhudi icadı deyil, bu yəhudilər tərəfindən yunan fəlsəfəsindən götürülmüş təhsil texnikasıdır, “Sokrat-yəhudi metodologiyasının” sintezidir. Bu katolik Avropa “avtoritar” ənənələri ilə müqayisədə orta əsrlərdə unikal təhsil metodu idi. İudazim rasional düşüncə prinsiplərinə əsaslanır. Yəhudi dialektik və kritik düşüncə manerasında analitik, strateji vərdişlər inkişaf edib. Bunlar hüquqşünaslıq, elm və mühəndislik sahəsindəki karyera üçün prinsipialdır.

8. Nəsildən nəslə

Katoliklər və yəhudilər arasında əsas fərq ondadır ki, din xadimləri 4-cü əsrdə Karfagen Şurası zamanı və ailə münasibətlərindən uzaq durmağı tələb edən dekret vaxtında olduğu kimi qalmaqdadır, amma, bu zaman avropalı ravvinlər arasında nikahlar təşviq edilirdi. Orta əsrlər dövrününün nəticəsi olaraq katoliklər arasında IQ çox aşağı endi, çünki onların ən ağıllı və istedadlı oğlan uşaqları qapalı seminariyalara göndərilmişdi, genofond isə bundan əhəmiyyətlə şəkildə zərər görmüşdü. Həmin zamanlarda yəhudi ravvinlər ağıllı qadınlarla evlənirdilər və böyük ağıllı ailələlər qururdular.

9. Beyinlərin törəməsi

Yəhudi mətnləri ən ali xilaskar olaraq daim bilik və ağla vurğu edirlər, cəhaləti isə ən dəhşətli çatışmazlıq kimi dəyərləndirirdilər. Buna əməl etməklə yəhudilər öz genofondlarını hazırcavablıqla gücləndirirdilər. Yəhudilər arasında ən ağıllı adamlar həmişə dəyərləndirilib, onları bir ər olaraq seçirdilər, nəticə etibarilə elə onlar da yaxşı genləri yaradır və yayırdılar. Elm adamları və uğurlu kommersantların uşaqları arasında bağlanan nikahla yəhudilər əslində abstrakt düşüncə və praktiki əql qabiliyyətini birləşdirirdilər.

10. Dillərin öyrənilməsi

Tacir yəhudilər öz malları üçün alıcıları geniş ərazilərdə, öncə islam regionlarında, sonra isə bütün dünya üzrə axtarırdılar, rezini Braziliyada, ipəyi isə elə Çinin özündə də satırdılar. Ticarətin çiçəklənməsi üçün onlar çoxlu dillər öyrənirdilər. Qəbilələrlə onların öz doğma dillərində ünsiyyət qurmaq daha asan idi, bu isə alman, polyak, latviya, litva, macar, rus, ukrayna, fransız, danimarka və digər dillərə sərbəst şəkildə yiyələnmək demək idi.

Hazırda nevroloqlar qeyd edirlər ki, çoxlu dilləri öyrənmək yaddaşı, psixi çevikliyi, problemlərin həlli qabiliyyətini, abstrakt düşüncəni, kreativ hipotezlərin formalaşmasını gücləndirir.

11. Dahiliyə məhkumlar

Avropada yəhudilər rəsmi olaraq “adi” ixtisaslardan kənar ediliblər, eləcə də e.ə. 1700-800-cü illərdə onları kənd təsərrüfatından sıxışdırıb çıxarıblar. Əslində isə onların adətən torpaq sahibləri olmalarına icazə verilmirdi. Bu cür məhdudiyyətlər yəhudiləri 900 il ərzində şəhərlərə getməyə məcbur etmişdi ki, bunun nəticəsində onlar ticarət, mühasibatlıq, maliyyə və investisiya sahələrində daha mürəkkəb ixtisasları mənimsəyirdilər. “Sələmçiliklə” bağlı xristian qadağasının yayılması, yəhudilərin maliyyə bank işləri ilə daha çox məşğul olmalarına gətirib çıxardı. Tarixi sənədlərə əsasən Fransanın cənubunda, Russiyonda yəhudilərin 80% 1270-ci ildə sələmçiliklə məşğul olublar.

Bir qədər sonra, onlar Qərbi Avropadan çıxarıldıqda, yəhudiləri şəhər sərmayədarları və ticarətin mühərrikləri qismində Polşada qəbul etdilər. Onlar həmçinin idarəetmədə riyazi və məntiqi vərdişlərəə böyük tələbat sayəsində orta menecmentlik mövqelərində də böyük uğurlar qazandılar. Ritorika və riyaziyyatda elə də müvəffəqiyyət qazana bilməyən yəhudilər “ağ yaxalıqlar” (qərb sosiaologiyasında əqli əməklə məşğul olan muzdlu işçilər) mövqeyində də uğurlu ola bilmədilər və İudaizmdən sıxışdırıldılar, yəni, aşağı IQ ləğv edildi. Ticarətdə və mühasibatlıqda ən uğurlular isə əksinə, böyük ailələr qurdular və riyazi beyinlər istehsal etdilər.

12. Təqibolunmalar nəticəsində seyrəlmələr

Ən ağıllı və ya varlı yəhudilər İnkvizisiya, təqibolunma, talanlar, Xolokost və genosidin digər formalarından daha çox yayınma imkanları əldə etdilər, çünki onlar: 1) mühacirət edə bilirdilər; 2) başa düşürdülər ki, bu onlar üçün zəruridir; 3) qaçdıqları yerdəki millətlər arasında sosial və iqtisadi perspektivləri var idi. Daha kasıbları, daha az sayda və lazımi əlaqələrə malik olmayanlar, daha az fərasətlilər isə qəddarlıqla məhv edilirdi.

Təkrarlanan yəhudi talanları, sürgünləri, qaçışları hamıya məlumdur. Babilistandakı birinci diaspora artıq xatırladılıb. Təqibolunmanın harada və nə zaman başlanılmasından asılı olmayaraq, yol üçün pul ödənişi etmək imkanları olduqda və ya varlı olduqları və onlara sığınacaq verə bilən “yüksək səviyyəli” dostları olduqları halda yəhudilər çox vaxt xilas ola bilirdilər. Yüksək IQ əksər vaxtlarda iqtisadi rifah ilə əlaqəli idi.

13. Genetik xəstəliklər

Yəhudi-aşkenazlar təxminən on doqquz ağır, əldən salan genetik xəstəliklərin qurbanları idi və güman edilir ki, onların həmin xəstəliklərin bəziləri əqli qabiliyyətləri gücləndirən koqnitiv “əlavə effekt” verə bilərdi. Bir çox nasazlıqlar iki belə genə sahib olanları ya öldürə, ya da ciddi şəkildə zəiflədə bilərdi, lakin varislər bunlardan yalnız birini, neyronların böyüməsini təhrik edən və beyin hüceyrələri birləşmələrini gücləndirən “geteroziqot üstünlüklər” əldə edə bilərdilər.

14. Pozitiv düşüncə

Yəhudilər istisna olmaqla, heç kim, tam potensialını və müsbət düşüncələrini ortaya qoymaq üçün bu qədər çox çalışmır.

“Pozitiv düşüncə” həqiqətən IQ yüksəldir. 2011-ci ildə Miçiqan universitetində aparılan tədqiqatlar göstərir ki, “düşüncə növü” intellekt üçün çox mühümdür, çünki həyata münasibəti səhvlərə reaksiyaların məhsuldarlığı müəyyən edir. Bu tədqiqatların nəticələrinin tezliklə dərc olunacağını söyləyirlər və ümid edirik ki, bu zaman həm də IQ uğuruna çatmaq üçün tərtib olunmuş sxemlə bağlı məlumatlar da orada əks olunacaq.

15. Şah və mat

Tarixən şahmat oyunu yəhudilər üçün daha çox əyləncə kimi üstünlük qazanıb; 1905-ci ildə jurnallardan biri bunu “yəhudi milli oyunu” adlandırıb. Demək olar ki, beynəlxalq qrossmeystrlərin 50% - yəhudilərdir. Bu oyun üçün tələb olunan vizual və strateji vərdişlər yuxarı parietal lobda beyin preklinik yarımkürəsini və kaudatın nüvəsini, subkortikal zonada subkortikal nodu hissəsini inkişaf etdirir. Etiraf etmək lazımdır ki, bu üstünlüklər nəsildən nəslə ötürülmür, yaddaş, strateji planlaşdırma və İQ oyun zamanı inkişaf edir.

16. Melodik düşüncə

Musiqi təxminən 3000 ilə yaxındır ki, yəhudi ənənəsinə layiq görülüb. Yəhudi musiqi İnstitutunun araşdırmalarına əsasən Klezmer “çox yüksək səviyyədə mürəkkəblik və bəzəyə çatıb”. Aşkenazi bəstəkarları və musiqiçiləri Qərb klassik musiqisinə böyük töhfə vermişlər. Tədqiqatçılar hazırda inanırlar ki, musiqi ilə məşğul olmaq əsəb hüceyrələrininin inkişafını optimallaşdırır və beynin riyaziyyat, təhlil, elmi tədqiqatlar sahəsində funksiyasını yaxşılaşdırır, eləcə də yaddaşa, yaradıcı düşüncəyə, stresin idarə olunmasına , diqqətin cəmlənməsinə, motivasiyaya təsir göstərir.

17. Ailədən dəstək

Komfort və ailənin dəstəyi, üstəgəl böyük ümidlər. Uğur nevroloji səviyyədə uğura gətirib çıxarır. Qələbə sonrakı nailiyyətlər üçün motivasiyanı aktivləşdirən dopamin, neyromediator artımına təhrik edir. Yəhudi uşaqları başa düşürlər ki, onlar bir çox nailiyyətlərə çatmağa qabildirlər, bu onlarda bəşəriyyətin inkişafına öz töhfələrini vermək üçün vərdişlərini inkişaf etdirməyi oyadır.

Bu cür nəticələr əldə etmək üçün ciddi intizam lazımdırmı? Yəhudilər heç vaxt kiməsə əl qaldırmağı bəyənməyiblər; möhkəm ailə bağları, daimi anlaşma, əməyə və əla təhsilə böyük diqqət daim onlarda üstünlük tşkil edib.

Eləcə də uşaqlara təhsil verməyə imkan verən lazımi miqdarda gəlirlər də çox vacib sayılıb. Bu cür gəlirlər elitar təhsil müəssəsisələrinə düşməyə imkan verib. Tədqiqatlar göstərib ki, amerikalı yəhudilər qeyri-yəhudulərdən iki dəfə çox qazanırlar və 2,5 dəfə çox daşınmaz əmlaka sahibdirlər. Hətta orta əsrlər dövründə bir çox yəhudilər daha yüksək və iqtisadi statusa malik olublar, belə şəraitdə isə onlar öz uşaqlarını oxutmaq imkanı əldə ediblər.

18. Millətlərarası nikahlar?

İntellekt çatışmazlığı olan və az zəkalı yəhudilər çıxdaş ediliblər və ya digər xalqlarla nikah bağlayıblar, elə orada da assimilyasiyaya uğrayıblar. Yekunda ən yaxşıları qalıblar. Belə nöqteyi-nəzərlər digər dəlillərdə də gözlənilir: az ağıllı yəhudilər öz şəxsi “müqəddəsləri” ola bilməyiblər və istər-istəməz iudaizmi tərk edərək, başqa dinlərə keçiblər.

19. Həssas müəllim

Bir çox ravvinlər “empatiyanın (xeyirxahlıq) eynşteyni” – olduqca xeyirxah, səbirli, digər insanları sevən və anlayan biriləri olublar. Bu cür yüksək səviyyədən olan “empatilərin” icmalara təsiri də böyük olub, onlar icmalardakı adamların həyatını yüksəldiblər və düzgün ideyalara doğru aparıblar.

20. Antisemitizm qorxusu

Yəhudilər elm, karyera və sərvət sahəsində yüksək nəticələrə can atıblar, çünki onlar bununla özlərini təhlükəsiz, müdafiə olunmuş və ətrafdakı antisemit əhvali-ruhiyyədən izolyasiya etmək istəyiblər. Belə nöqteyi-nəzər yəhudilərin tarixdə uzun zaman qərəz və tiqəbə məruz qaldıqlarına görə bəraət qazana bilər.

 Tərcümə etdi: Rafiq Bəykəzoğlu

Tarix: 10-04-2019, 21:13
Xəbəri paylaş





Xəbər lenti