Poroşenko ilə Zelenski Makronla görüşə gedirlər


Ukraynanın hazırkı dövlət başçısı Petro Poroşenko ilə prezidentliyə namizəd şoumen Vladimir Zelenski Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparacaqlar.

“112 Ukraina”nın xəbərinə görə, bu barədə Poroşenkonun seçki qərargahının spikeri Oleq Medvedev brifinqdə bildirib.

Onun sözlərinə görə, hər iki görüş eyni gündə - aprelin 12-də Parisdə keçiriləcək.

“Mənə məlumdur ki, Zelenski Makronun qəbuluna gedəcək. Elə həmin gün Poroşenkonun da Fransa prezidenti ilə görüşü baş tutacaq”, - deyə O. Medvedev söyləyib.

“Qafqazinfo” xatırladır ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Tarix: 10-04-2019, 21:46
Xəbəri paylaş





Xəbər lenti