NATO-Rusiya qarşıdurması: İLK ADDIM ATILDI


NATO-Rusiya qarşıdurması: İLK ADDIM ATILDI

NATO Şərqi Avropada genişlənmək planının icrasına başlayıb. 

Cebhe.info xəbər verir ki, bu qəbildən ilk addım Estoniya ilə bağlı qəbul edilib. Bu ölkəyə 5 ədəd "Apache" helikopteri göndərilib. Onlar Rusiyanı cilovlamaq üçün nəzərdə tutulub.

Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyamson bildirib ki, bu helikopterlərin göndərilməsi həyatı vacib məsələdir: "Bu, Rusiya tərəfindən müşahidə etdiyimiz olduqca real təhdiddir".

Nazir həmçinin bildirib ki, NATO daimi olaraq dəyişən vəziyyətə adaptasiya olunur.

Ötən ilin sonunda Estoniya və Britaniya xüsusi təyinatlı birləşməsi olan "SAS"ın 2 ehtiyat batalyonu göndərilib. Onlar sərhədyanı ərazilərdə Rusiyanın fəallığını yoxlayır.



Tarix: 16-04-2019, 20:59
Xəbəri paylaş





Xəbər lenti