Yerevanda atışma - “Ararat”ın qapıçısı qətlə yetirildi


Aprelin 16-sı axşam saatlarında Yerevanın mərkəzində, Lepseus küçəsində atışma olub.

News.am xəbər verir ki, ağır güllə yarası almış 3 nəfər - 23 yaşlı Muşeq Qevondyan, 26 yaşlı Robert Manukyan və 26 yaşlı Andranik Qalstyan xəstəxanaya gətiriliblər.

Qevondyan aldığı yaralardan həyatını itirib. Ölən şəxsin “Ararat -2” futbol komandasının qapıçısı olduğu bildirilib.

Güllələnən üç nəfərin BMW markalı avtomobildə olduğu və maşının güllə yağışına tutulduğu qeyd edilir.

Yaralanmış digər iki nəfərin əməliyyat olunduğu bildirilib.

Tarix: 17-04-2019, 08:57
Xəbəri paylaş





Xəbər lenti