İran müharibə hazırlığına başladı: ABŞ və İsrailin düşməni olan general iş başında


İran müharibə hazırlığına başladı: ABŞ və İsrailin düşməni olan general iş başında

İranın ali dini lideri Əli Xamneyi general Hüseyn Səlamini İnqilab Keşikçiləri Korpusuna rəhbər təyin edib.

Cebhe.info xəbər verir ki, general-mayor Hüseyn Səlami bu vəzifədə Məhəmməd Əli Cəfərini əvəz edib. Cəfəri bu vəzifəni 11 il tutub. Onun istefaya göndərilməsinin səbəbi məlum deyil. 

Hüseyn Səlaminin kimliyinə gəlincə, o, 2009-cu ildə korpusda müavin vəzifəsini tutub. O, ABŞ və İsrail əleyhinə ən kəskin bəyanatların müəllifi kimi tanınır. Dəfələrlə bildirib ki, ABŞ tərəfinin korpusu terror təşkilatı elan etməsiylə fəxr edir.

Xatırladaq ki, son günlər iki ölkə arsında gərginlik pik həddə çatıb. Hər iki tərəfdən ordunun terrorçu elan edilməsindən sonra ABŞ tərəfi İrana qarşı sərt neft qadağası ilə gündəmə gəlib. Ekspertlər bütün bu prosesləri müharibənin başlanğıcı hesab edir. 

Tarix: 23-04-2019, 08:47
Xəbəri paylaş





Xəbər lenti