Rusiyadan ABŞ-ı hiddətləndirəcək S-400 AÇIQLAMASI
Hurriyyet.org xəbər verir ki, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin, Türkiyəyə S-400 sistemlərinin yaxın zamanda verilməsinin planlaşdırıldığını bildirib.Fomin Moskva Təhlükəsizlik Konfransından əvvəl RT TV kanalına açıqlamasında deyib:
“Hərbi texnika sahəsində əməkdaşlığımız fəal şəkildə inkişaf edir. S-400 layihəsindən xəbərdarsınız. Yaxın zamanda bu kompeksin ilk hissəsinin göndərilməsi planlaşdırılır. Digər layihələrdə də fəal şəkildə əməkdaşlıq edirik”.Fomin, türkiyəli tərəfdaşlarının sabit mövqeyi barəsində də danışıb:
“ABŞ-ın S-400 sistemləri ilə bağlı güclü təzyiqinə rəğmən qəti mövqe və müstəqil qərar vermək qabiliyyəti nümayiş etdirdilər. Bu, çox şey deməkdir”.Fomin, Rusiya ilə Türkiyə arasındakı münasibətlərin siyasət, iqtisadiyyat və hərbi texnika sahələrində əməkdaşlıq daxil olmaqla, bütün sahələrdə yüksəlişdə olduğunu vurğulayaraq bildirib:
“Hərbi sahədə əməkdaşlıq edirik, müəyyən bir formata sahibik. Suriya məsələsində də əməkdaşlıq edirik. Türkiyə Astana prosesinin təminatçı ölkələrində biridir və Türkiyə tərəfi ilə əməkdaşlıq olmadan İdlib atəşkəs zonasının yaradılması, həmçinin, Suriyadakı sülh prosesində müəyyən məsələləri həll eləmək qeyri-mümkündür”.Siam.az
Tarix: 23-04-2019, 15:38