İranın ali dini lideri Əli Xamneyi general Hüseyn Səlamini İnqilab Keşikçiləri Korpusuna rəhbər təyin edib.
General-mayor Hüseyn Səlami bu vəzifədə Məhəmməd Əli Cəfərini əvəz edib. Cəfəri 11 il bu vəzifəni tutub. Onun istefaya göndərilməsinin səbəbi məlum deyil.Hüseyn Səlaminin kimliyinə gəlincə, o, 2009-cu ildə korpusda müavin vəzifəsini tutub. O, ABŞ və İsrail əleyhinə ən kəskin bəyanatların müəllifi kimi tanınır. Dəfələrlə bildirib ki, ABŞ tərəfinin korpusu teror təşkilatı elan etməsiylə fəxr edir.
Xatırladaq ki, son günlər iki ölkə arsında gərginlik pik həddə çatıb.Hər iki tərəfdən ordunun terorçu elan edilməsindən sonra ABŞ tərəfi İrana qarşı sərt neft qadağası ilə gündəmə gəlib.Ekspertlər bütün bu prosesləri müharibənin başlanğıcı hesab edir.
Politoloq Qabil Hüseynli hesab edir ki, İranın son addımları ABŞ-la münasibətləri gərginliyə doğru aparır:
“Tehran rejiminin ABŞ silahlı qüvvələri və Pentaqon haqqında istehzalı fikirlər söyləməsini Amerika dövləti yaddaşına yazır. Hazırda İran rəhbərliyi xalq içərisində ABŞ barəsində formalaşdırdığı mənfi imici bir az da pisləşdirməyə çalışır. ABŞ-ın dövlət katibi Mayk Pompeo isə bu yaxınlarda Amerikada yaşayan iranlılarla görüş keçirib.Bu o deməkdir ki, ABŞ-ın İranla bağlı ciddi planları var və onu mütləq həyata keçirməyə çalışacaq.“Sepah”ın rəhbərinin dəyişdirilməsi İran silahlı qüvvələrinin güclənməsi kimi başa düşülə bilməz.Yəni ABŞ tərəfindən İrana qarşı strateji plan hazırlanır.Bu plan İranın nüvə silahı ilə bağlı olan obyektlərin bombalanmasını, ballistik raketlərin havaya qaldırılmasına imkan verməyən tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.ABŞ həm də yerli əhalinin rejimə qarşı etirazlarından istifadə edərək İrana yalnız aviasiya və “Tomagawh” tipli raketlərlə hava zərbələri endirməyə çalışır.İranın siyasi rəhbərliyi indi çaşqın bir vəziyətdədir.Tehran rejimi hesab edir ki, ABŞ-a söyüş və təhqir xarakterli bəyanatlar yağdırmaqla onu bu yoldan döndərə biləcək.Amma ABŞ öz planı ilə hərəkət edir. ABŞ-ın İrana qarşı A planı ağır sanksiyalar yolu ilə iqtisadiyatın çökdürülməsi və daxili etirazların baş qaldırılmasına nail olmaqla rejimin dəyişməsinə nail olmaqdır. Lakin ABŞ bir qayda olaraq A planı ilə yanaşı, B, C planlarını da hazırlayır. B planı İranın ballistik raketlərlə İsraili vurması müqabilində ABŞ-ın hava hücumundan müdafiə sistemlərini işə salmaqdan ibarətdir.Yəqin ki, Fars körfəzinə təyarədaşıyan gəmilər göndəriləcək, İraq ərazisinə “Patriot” raketdən müdaiə sistemləri yerləşdiriləcək və nəticədə vəziyət daha gərginləşəcək”.//Cebhe.info//