
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və ticarət naziri Denis Manturov danışıb.
Nazir bildirirb ki, kompleksin istehsalı üçün hazırlıqlara başlanılıb.
Yeni nəsil “qurudan havaya” raket sistemləri arasında yer alan S-500 sadəcə ballistik deyil, təyyarə, helikopter, digər hava hədəfləri və kəşfiyyat raketləri ilə səsdən sürətli raketlərin başlıqlarını məhv etmək qabiliyyətinə malik olacaq. Mənzili 600 km olacaq sistem eyni anda 7 km sürətlə səsdən sürətli 10 ballistik hədəfi vura biləcək.
S-500 xüsusiyyətləri baxımından S-400 və amerikalı rəqibi “Patriot Advanced Capability-3”dən böyük miqyasda üstün olacaq.