Çin kosmosa iki peyk çıxarıb
Çin iki “Tyanxuey-2” elmi-tədqiqat peykini orbitə çıxarmağa müvəffəq olub.ONA TASS-a istinadən xəbər verir ki, peyklər əsasən geodezik tədqiqatlar və xəritəçekmə işlərində istifadə olunacaq.
Çin aerokosmik elmi və texnikası korporasiyasından (CASC) bildiriblər ki, peyklər Tayyuan kosmodromundan “Çandjen-4b” raketi ilə kosmosa buraxılıblar.
Çin özünün milli kosmik proqramını aktiv inkişaf etdirir və 2020-2025-ci illərdə Mars planetinin tədqiqinə başlamaq niyyətindədir.
Tarix: 30-04-2019, 09:39