Zelenski Ukrayna prezidentinin müşaviri vəzifəsinə müsabiqə elan etdi


Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski sosial şəbəkələrdə Ukrayna prezidentinin müşaviri vəzifəsinə müsabiqə elan edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o, bununla bağlı videoçarx yayıb və orada müsabiqənin şərtləri barədə məlumat verib.

“Əgər minimum 3 dil bilirsənsə (Ukrayna, ingilis dilləri mütləqdir), ictimai işlərdə və ya jurnalistika sahəsində təcrübən varsa, 24/7 saat işləməyə hazırsansa, o zaman lütfən elektron poçtaya CV göndər”,- deyə məlumatda bildirilib.

Tarix: 1-05-2019, 08:20
Xəbəri paylaş





Xəbər lenti