Prezidentin qaçışı üçün xüsusi təyyarə hazırlanıb?- Nazir açıqladı


Prezidentin qaçışı üçün xüsusi təyyarə hazırlanıb?- Nazir açıqladı

“Prezident Nikolas Maduro ölkəni tərk etməyə hazırlaşmayıb. Bu barədə söylənilənlər yalandır".

Cebhe.info xəbər verir ki, bunu Venesuelanın Xarici İşlər naziri Xorxe Arreas bildirib.

Nazir bununla ABŞ dövlət katibi Mayk Pompeoya cavab verib. Pompeo Maduronun ölkəni tərk etmək planının olduğunu, ancaq Rusiyanın onu bu fikirdən daşındırdığını bildirmişdi.

Onun sözlərinə görə, uçuş xəttində prezident üçün xüsusi hazırlanmış təyyarə gözləyib. Bu təyyarə ilə Maduronun Kubaya getməsi planlaşdırılıb.

Ancaq son anda Rusiya Maduronu fikrindən daşındıra bilib.

Xatırladaq ki, 30 apreldə ölkədə yenidən kütləvi aksiyalar başlayıb. Bu dəfə müxalifətə bəzi hərbçilər də dəstək verib.

Tarix: 1-05-2019, 10:49
Xəbəri paylaş





Xəbər lenti