“Ölkə.Az” xəbər verir ki, alimin həmkarlarını şoka salan bəyanatına əsasən, yadplanetlilər artıq Yerdədirlər və bəşəriyyəti məhvdən xilas etməyin yollarını axtarırlar. Alim ötən il hətta universitetdə bu məsələni müzakirəyə çıxarmaq istəsə də, ona rədd cavabı veriblər.
Alim isə “Yadplanetlilərin səfəri və bəşəriyyətin sonu” adlı kitabını buraxıb. Kitabda o, bütün fikirlərini qeyd edib. Onun fikrinə əsasən, yadplanetlilər artıq insanlarla cütləşirlər və doğulan hibrid insanlar aramızda gəzirlər. Alimin fikrinə əsasən, yadplanetlilərin məqsədi Yeri kataklizmlərdən qorumaqdır. O, insanların yadplanetlilər tərəfindən oğurlanması ilə iqlimin qlobal dəyişikliyi arasında əlaqə olduğunu bildirir. Yanq-xe Çi kitabında yazır ki, yadplanetlilər insanları oğurlayaraq onların genetik materialını öyrənir və xüsusi hibrid insanlar yaradırlar. Bununla da planetimizin məhvinin qarşısını almağa çalışırlar.