Rusiya Su-57 hərbi təyyarə istehsalında Türkiyə ilə ƏMƏKDAŞLIĞA HAZIRDIR - FOTOLAR

 

 Rusiya dövlət müdafiə sənayesi şirkəti “Rostex”in baş direktoru Sergey Çemezov S-400 hava hücumundan müdafiə sistemlərinin sövq edilməsini bu ilin sonuna qədər tamamlamağı planlaşdırdıqlarını bildirərək deyib: “Əgər Türkiyə Rusiyanın Su-57 hərbi təyyarəsini almaq istəyirsə, bu sahədə əməkdaşlığa hazırıq. 2000-ci illərin əvvəllərində Türkiyənin müdafiə sənayesindəki az olduğu halda, indi bu rəqəm 70 faizə çatıb. Türkiyə yüngül silahlar, xüsusi zirehli texnika və dronların istehsalında güclü təsirə malikdir. Türkiyənn müdafiə sənayesini inkişaf etdirməsi istəyini dəstəkləməyə hazırıq. Əgər Rusiya texnologiyalarının transferi və istehsalın yerliləşdirilməsi məsələsində Türkiyədən təklif gələrsə, bunu məmnuniyyətlə dəyərləndirərik”.

Hurriyyet.org

Tarix: 2-05-2019, 21:07
Xəbəri paylaş





Xəbər lenti