Ukraynada Prezident seçkisinin nəticəsi rəsmi mətbuatda dərc olunub. Bu isə o deməkdir ki, oliqarx Kolomoyski bu gün vətəninə qayıda bilər.
Cebhe.info xəbər verir ki, yeni seçilən Prezident Vladimir Zelenskinin arxasında dayandığı deyilən Kolomoyski artıq dönüşünü anons edib. Mətbuat onun revanşa hazırlaşdığını yazır. O, Londondan güc yolu ilə də olsa, Mərkəzi Bankın sabiq rəhbəri Qontarvin ölkəyə gətiriləcəyini vəd edib. Beləliklə də milliləşdirilmiş "PrivatBankı" özünə qaytarmaq niyyətindədir.
Zelenskinin də yeni evində Kolomoyski küləyi əsir. Bu evin dəyərinin 800 min dollar olduğu deyilir. Penthaus elit yer hesab olunan "İmperator" kompleksindədir. Deyilənə görə, onu da almağa Kolomoyski kömək edib. Ancaq Krımda yerləşən bu evi mətbuatdan gizlətmək mümkün olmayıb.
Yeni seçilən prezident statusunda Zelenskinin ilk görüşü müsəlmanların müftisi ilə olacaq. Müfti ona Ukrayna dilində "Quran" verəcək. Yəhudi icmasının rəhbəri isə İqor Kolomoyski özüdür. Nəhayət ki, ölkəyə qayıda biləcəyini elan edib və buna DİN rəhbəri, keçmiş dostu erməni Arsen Avakova güvənir. Avakov onun təhlükəsizliyini təmin edəcək.
"Bizim Zelenski fan klubumuz vardı, ona azarkeşlik edirdik",- deyə oliqarx bildirib.
O eyni zamanda Maydan hərəkatını da maliyyələşdirdiyini gizlətməyib.
İndi isə vəziyyəti bir qədər fərqli dəyərləndirir:
-Donbasda vətəndaş müharibəsidir?
-Vətəndaş münaqişəsi deyək. Amma demək olar ki, həm də vətəndaş müharibəsi.
-Kim kiminə vuruşur?
-Ukraynalılar ukraynalılarla.
-Bəs Rusiya?
-Ukraynalılardan bir tərəfi dəstəkləyir.