Ermənistan və Rusiya arasında münasibətlər yeni forma almağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib.
Ekspertin fikrincə, Baş nazir Nikol Paşinyan hakimiyyətə gəlməsinin əvvəlində Rusiyaya qarşı münasibətində bir sıra xətalara yol verib:
“Paşinyan rəsmən iqtidara gəldikdən sonra bir il ərzində Rusiya lideri ilə 7-8 görüş keçirildi. Bunun əsas səbəbi də budur ki, Rusiya ilə anlaşmağa çalışır. Problemlər vardı, xətalara yol verildi. İndi də bu məsələləri həll etməyə çalışırlar, yeni münasibətləri ənənəvi formaya salmağa cəhd edirlər”.