İsraildən ABŞ-a İran xəbərdarlığı:Müharibəyə hazırlıq, yoxsa?
- Fars körfəzində mümkün təxribatı ilə bağlı müzakirələr aparıb. Cebhe.info xəbər verir ki, İsrail xüsusi xidmət orqanlarının məlumatına görə, Tehran ABŞ-ın maraqlarına zərbə vurmağa çalışır. “Axious” nəşri yazır ki, bu barədə mənbələrdə ciddi informasiyalar var. Buna görə də İsrail ABŞ tərəfini İranın mümkün təxribatları barədə xəbərdarlıq edib.
Nəşrin bildirdiyinə görə, məhz bu informasiya ABŞ-ın İran sahillərinə esminos və zərbə qrupu göndərməsinə səbəb olub.
Tehran öz növbəsində bildirir ki, Fars körfəzindəki mövqelərinə ABŞ tərəfindən hərbi hücum gözləmir. Ancaq istənilən aqressiyanın qarşısını almağa qadirdir.
Tarix: 7-05-2019, 09:34