Çinlə danışıqların davam etdiyi bir zamanda... - ABŞ-dan GÖZLƏNİLMƏZ QƏRAR


Çinlə danışıqların davam etdiyi bir zamanda... - ABŞ-dan GÖZLƏNİLMƏZ QƏRAR





Hurriyyet.org xəbər verir ki, ABŞ Çin ilə ticarət danışıqlarının davam elədiyi vaxtda Çinin mallarına qarşı tətbiq edilən gömrük vergilərini artırıb.

ABŞ 200 milyard dollardan artıq məbləğdə olan Çin məhsullarının idxalındakı gömrük vergilərini artırıb. Bu addım nəticəsində artan anlaşılmazlıq maliyyə bazarını sarsıdıb, qlobal inkişafa mənfi təsir göstərib.

Çinin Dövlət Şurası sədrinin müavini Liu Xının rəhbərliyi altında ABŞ ilə ticarət danışıqlarının 11-ci mərhələsində iştirak etmək üçün Vaşinqtona gələn Çin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının Çindən idxal olunan 200 milyard dollarlıq bəzi məhsullara tətbiq olunan idxal tariflərinin 25 faizə qaldırmasına müvafiq cavab tədbirləri ilə qarşılıq verməyə məcbur olduqlarını bildirib, lakin bu addımların nədən ibarət olduğunu açıqlamayıb.

İki ölkə nümayəndələrinin dünənki görüşündən əvvəl isə Tramp ABŞ-ın əlavə 325 milyard dollarlıq Çin məhsuluna gömrük vergisini 25% artıramağa hazırlaşdığını söyləmişdi. Belə olduğu halda, ötən il ABŞ-da 540 milyard dollara bərabər olmuş Çin idxalı demək olar ki, tamamilə əlavə gömrük vergisinə məruz qalacaq.

Bu qərarın tətbiq edilməsi bir neçə həftə çəkəcək. Qərar ABŞ, Çin və dünya istisadiyyatına böyük təsir göstərəcək.

Yeni tariflər cümə günündən etibarən qüvvəyə minir. Hazır qidadan tutmuş yeni il küknarlarının işıqlarınadək, uşaq oturacaqları və s. daxil olmaqla, 5 700 növdə müxtəlif məhsulların idxalına qoyulan verginin qədəri 10 faizdən 25 faizə yüksələcək.

Tarix: 10-05-2019, 23:31
Xəbəri paylaş





Xəbər lenti