NATO müharibəyə hazırlaşır: Rusiyanın nüvə TƏHDİDİ


NATO müharibəyə hazırlaşır: Rusiyanın nüvə TƏHDİDİ

NATO hərbi strategiyasını dəyişir. 

Cebhe.info bildirir ki, NATO baş katibi Yens Stoltenberq bunu Almaniyanın “Welt am Sonntag” nəşrinə müsahibəsində deyib. Bildirib ki, NATO mütəxəssislərinin yeni hərbi strategiya hazırlamasına səbəb dünyadakı son çağırışlar, xüsusilə Rusiya tərəfindən gələn nüvə təhlükəsidir. Buna görə də alyans yeni strategiyaya ehtiyac duyub.

Stoltenberq bildirib ki, söhbət gələcəkdə NATO-nun müdafiəyə tamamilə hazır olmasından gedir. Həmçinin stabilliyi təmin etmək nəzərdə tutulur ki, bunun üçün də yeni hərbi konsepsiya vacibdir.

Yeni strategiyanın qəbuluna qədər NATO öz fəaliyyətində Şimali Atlantika Alyansının Strateji Konsepsiyasını əsas tutur. Sənəd 2010-cu ildə qəbul edilib.   

Tarix: 25-05-2019, 10:40
Xəbəri paylaş





Xəbər lenti