Korrupsioner məmurların varidatının xalqa paylanılmasına başlandı...
Prezident ölkədə korrupsiyanı aradan qaldırmaq üçün xüsusi dövlət proqramını təsdiqlədi...
“Biz, Robin Qud kimi davranacağıq: zənginlərdən alaraq yoxsullara verəcəyik...”
Meksika hökuməti bazar günü kasıblara yardım məqsədilə xüsusi bir proqram çərçivəsində cinayətkarların və korrupsioner məmurların müsadirə edilmiş bahalı avtomobilləri və digər əmlaklarını satmaq üçün hərrac keçirəcək.
Moderator.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, 77 avtomobilin 1.5 milyon dollara satılması planlaşdırılır. “Biz, Robin Qud kimi davranacağıq: zənginlərdən alaraq yoxsullara verəcəyik”,- Xalqdan Oğurlanmış Sərvətlərin Qaytarılması idarəsinin rəhbəri Rikardo Rodriges belə deyib. Məmurun sözlərinə görə, texnika, maşın, zərgərlik və digər əmlak satışından əldə ediləcək gəlir ölkənin cənubundakı ən yoxsul bələdiyyələrə köçürüləcək. Eyni zamanda narkobaronların daşınmaz əmlaklarının satışı üçün daha bir bir auksion təşkil edilməsi planlaşdırılır. Hökumət bu hərracdan, ən azı, 7 milyon dollar əldə ediləcəyini gözləyir. Həmin vəsait gənclərdə narkotik maddə asılılığına qarşı mübarizə aparılan reabilitasiya mərkəzinə köçürüləcək.
Ötən ay Meksika prezidenti Andreas Manuel Lopez Obrador korrupsiya və cinayətləri aradan qaldırmaq üçün "Robin Qud" dövlət proqramı hazırlandığını bəyan edib. Dövlət başçısı xeyriyyə məqsədləri üçün vəsaitləri artırmaq məqsədi ilə vəzifəli şəxslərin maaşlarını da azaldıb.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ekspertlərinin qənaətinə görə, hər il Meksikada korrupsiya ucbatından ümümdaxili məhsul 5-9 % əskik hesablanır.
Sultan Laçın
Tarix: 26-05-2019, 00:30