Serjik Sərkisyan Köçəryana baş çəkdi- Paşinyana qarşı birləşəcəklərmi?..

“KQB”-nin iki qoca qurdu, sözsüz  ki, birlikdə Putinin əlinə oynayırlar...
Daşnaklar müxaifətin lideri kimi Köçəryanı gördüklərini bildiriblər...Ermənistanın üçüncü terrorçu prezidenti Serjik Sərkisyan  ikinci terrorçu prezident Robert Koçaryanı evində ziyarət edib.

Moderator.az xəbər verir ki, bu barədə "Faktinfo" agentliyinin müxbiri ilə söhbətində R. Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan bəhs edib. 
 
"Ermənistanın ikinci prezidenti təxminən 6 ay həbsdə oldu və bundan sonra Serj Sərkisyan onunla görüşə gəldi"- deyib V.Soqomonyan . O qeyd edib ki, bu, özəl görüş olub. 

Sərkisyanla Köçəryan arasında siyasi əməkdaşlığın mümkün olub-olmaması haqda suala cavabında isə ikinci prezidentin sözçüsü belə bir müzakirə aparıldığına inanmadığını bildirib. Soqomonyan bildirib ki, gələcəkdə Köçəryan öz proqram və fikirlərini təqdim edəcək, amma bunun konkret nə vaxt olacağı məlum deyil.

Bu arada mayın 23-də mitinq keçirmiş terrorçu “Daşnaksütyun” partiyasının fəalları Ermənistan müxalifətinin lideri kimi Robert Köçəryanı gördüklərini bildiriblər.

P.S. “KQB”-nin iki qoca qurdu, sözsüz  ki, birlikdə Kremlin, Putinin əlinə oynayırlar...

Sultan Laçın
Tarix: 26-05-2019, 17:16
Xəbəri paylaş





Xəbər lenti