Regionda yeni “ərəb ittifaqı”


Səudiyyə Ərəbistanı ərəb ölkələrini öz ətrafında toplayır

Səudiyyə Ərəbistans kralı 2 ildir düşmən münasibətdə olduğu Qətər əmirini ölkəsinə dəvət edib. Bu barədə ötən gün yayılan məlumatı Qətər XİN də təsdiqləyib. Bildirilir ki, kral Salman bin Əbdüləziz Qətər əmiri Şeyx Təmim bin Hamad əs-Sanini mayın 30-da Körfəz Əməkdaşlıq Təşkilatının növbədənkənar toplantısında iştirak etməyə dəvət edib.

Bazar günü Qətər baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əs-Sani paytaxt Dohada Körfəz Əməkdaşlıq Təşkilatının baş katibi Əbdüllətif bin Rəşid əz-Zəyani ilə görüşüb. Səudiyyə kralının dəvət məktubunu baş katib əz-Zəyani bu görüşdə Qətər XİN başçısına təqdim edib.

Xatırladaq ki. Qətər və Səudiyyə Ərəbistanı arasında münasibətlər iki il əvvəl, 2017-ci ilin iyunun əvvəlində pozulub. Həmin il mayın 21-də Səudiyyə Ərəbistanında keçirilən təhlükəsizlik sammitindən az sonra Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətəri terrora dəstək verməkdə ittiham edərək bu ölkə ilə əlaqələrini dayandırmışdı. Bununla da kifayətlənməyən ərəb ölkələri Qətəri dənizdən, havadan və qurudan blokadaya almışdı. Qətərin yeganə quru sərhədinin olduğu Səudiyyə Ərəbistanı qapıları bağlayıb. Bundan sonra Qətər ətrafında gərginlik yüksəlib və Türkiyə və İran Qətərə ərzaq yardımı edib. Eyni zamanda ada dövlətinə hərbi müdaxilə təhlükəsinin qarışısını almaq məqsədilə Türkiyə bu ölkədə hərbi bazasını qurub, əsgər göndərib. Eyni zamanda rəsmi Doha Vaşinqtondan dəstək almaq üçün hazırkı əmirin atasını Vaşinqtona göndərib və 12 milyard dollar dəyərində hərbi təyyarə alınması haqqında müqavilə imzalanıb. Bu yaxınlarda da Qətər ABŞ-dan hərbi vertolyotlar almaqla bağlı anlaşma imzalayıb.

âÉrÉb ittifaqıâ ile ilgili görsel sonucu

İlk vaxtlarda Qətərə hərbi müdaxilə ehtimalları olsa da, sonradan münasibətlər yumşalıb. Kral Salman Qətərlə münasibətləri yumşaltmaq üçün bəzi addımlar atıb, Qətər vətəndaşlarını həcc ziyarətinə dəvət edib.

İndi isə körfəzdə gərginliyin artması ərəb ölkələrini Qətərlə barışmağa sövq edir. İki həftə əvvəl Yəmən husilərinin Səudiyyə Ərəbistanında neft kəmərlərini dronla bombalamasından sonra kral Salman “bölgədəki son hücumlar və onun nəticələrini müzakirə etmək” üçün həm Körfəz Əməkdaşlıq Təşkilatı, həm də Ərəb Liqasının fövqəladə toplantısını təyin edib.

Maraqlıdır ki, mayın 27-30-da Məkkədə Dünya İslam Birliyi (Rabitəti Aləmi İslami) növbəti toplantısı keçiriləcək. Beynəlxalq konfransda beynəlxal islam birliyi və mötədil yol gündəmə gətiriləcək.

Ərəb ittifaqının daha bir ittifaq cəhdi ötən ay inqilabın qalib gəldiyi Sudanın müvəqqəti hökumətinə yönəlib. Sudan Hərbi Keçid Şurasının sədri general Əbdülfəttah əl-Burhan ilk xarici səfərini Misirə edib. Qahirədə Misir prezidenti marşal Əbdülfəttah əs-Sisi ilə görüşən Sudan və Misir liderləri birlik və dostluq mesajları veriblər.

Åeyx MÉhÉmmÉd bin Zayid Él-Nahyanla ile ilgili görsel sonucu

Zayid əl-Nahyan

Daha sonra BƏƏ-yə səfər edən Sudan keçid hökumətinin başçısı burada Əbu-Dabi vəliəhd-şahzadəsi Şeyx Məhəmməd bin Zayid əl-Nahyanla görüşüb. BƏƏ lideri bildirib ki, ölkəsi Sudana mövcud şərtlər daxilində dəstək verir, bu ölkədə təhlükəsizlik və sabitliyin qorunması, xalqın inkişafına yönəlmiş cəhdlərin reallaşdırılması, milli bilrik və uzlaşma çərçivəsindəki fəaliyyətləri dəstəkləyir.

Sudan lideri isə BƏƏ-nin Sudan xalqına verdiyi dəstəyi yüksək qiymətləndirərək təşəkkür edib. General Əbdülfəttah əl-Burhanın BƏƏ-dən sonra Səudiyyə Ərəbistanına gedəcəyi və burada mayın 30-da keçiriləcək toplantıya qatılacağı gözlənilir.

Yeri gəlmişkən, Sudan Hərbi Keçid Şurası sədrinin müavini Məhəmməd Hamdan Daklu ölkəsinin İran və Husilərin təhdidlərinə qarşı Səudiyyə Ərəbistanının yanında olduğunu bəyan edib. Eyni zamanda o, körfəzdə hücuma məruz qalan tankerlər və husilərin raket hücumlarını qınayaraq Sudan ordusunun bütün hədəflərini reallaşdırana qədər Səudiyyə Ərəbistanı və Yəmən (mühacir hökuməti - K.R.) yanında olacağını bildirib. Bu açıqlamadan bir gün əvvəl Səudiyyə Ərəbistanında səfərdə olan Daklu Hərbi Keçid Şurası və Sudan xalqına verdiyi dəstək üçün krallıq hakimiyyətinə təşəkkür edib.

Maraqlıdır ki, bu açıqlamalarla paralel olaraq islamçı Milli Ümmət Partiyası bəyanat yayaraq mülki müxalifətin Hərbi Keçid Şurasının hakimiyyəti xalqa təhvil verməsi ilə bağlı bu həftə keçirəcəyi ümum ölkə tətilinə qarşı çıxıb. Xatırladaq ki, Sudanda apreldə baş verən hərbi çevrilişdən sonra Səudiyyə Ərəbistanı və BƏƏ bu ölkəyə dəstək verib. İki ölkə Sudanın müvəqqəti hökumətinə 3 milyard dollar yardım ediblər.

Son hadisələr göstərir ki, körfəzdə artan gərginlik və ABŞ-ın ərəb ölkələrinin israrlarına baxmayaraq İranla münaqişəyə isti yanaşmaması ərəb ölkələrinin yeni birlik axtarışlarını sürətləndirib. Ərəb ölkələrinin yeni lideri Səudiyyə Ərəbistanı həm körfəzdə ərəb ölkələri arasında birlik yaratmaq üçün Qətərlə münaqişəyə son qoymaq, həmçinin Sudanın yeni hakimiyyətini öz tərəfinə çəkmək istəyir. Çünki Sudan canlı hərbi qüvvə baxımdan ərəb dövlətləri arasında böyük potensiala malikdir. Hazırda Yəmən müharibəsində Sudandan göndərilmiş çoxlu sayda hərbi qulluqçu savaşır.

Yeri gəlmişkən, hazırda ikiyə bölünmüş Liviyada məhz Səudiyyə Ərəbistanı və Misirin dəstəklədiyi Xəlifə Həftər ölkənin qərbində yerləşən islamçı hökumətə qarşı hücuma keçib. Hazırda toqquşmalar davam edir, ancaq Xəlifə Həftər yaxın zamanlarda islamçıların paytaxtı Tripolini ələ keçirəcəyini bildirib. Əgər bu baş versə, Liviya da körfəz ölkələrinin müttəfiqlərinin nəzarətində olacaq. Bu isə ərəb dünyasının taleyi baxımından mühüm hadisədir. Çünki Sudan və Liviyanın qərbində hakimiyyətdə olan Qətərə yaxın “Müsəlman Qardaşlar” hərəkatı idi. Bu hərəkat isə Səudiyyə Ərəbistanı ilə o qədər də rəqabətdə olan təşkilatdır. Son hadisələr krallığın bir mənada ərəb aləminin liderliyi istiqamətində uğurlu cəhdini göstərir.


“Yeni Müsavat”

Tarix: 28-05-2019, 11:18
Xəbəri paylaş





Xəbər lenti