"HÜCUMUN ARXASINDA ONLAR VAR" - ABŞ
Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton BƏƏ sahil ulatında təxribata məruz qalmış gəmilər barəsində belə deyib: “Onların İran tərəfindən hücuma məruz qaldıqları demək olar, dəqiqdir BƏƏ, Səudiyyə Ərəbistanı və ABŞ İranın nüvə silahı riski və digər regional prioritetlər məsələsində eyni mövqedədirlər”.ABŞ ilə İran araında gərginliyin yüksək olduğu dövrdə “çox mühüm regional təhlükəizlik məsələlərini müzakirə eləmək üçün” BƏƏ-yə yollanan Bolton İranı təhdid edib:
“Bu cür cəhdlər amerikalıların çox güclü cavabları ilə qarşılaşma riskini yaradır”.Vaşinqtonda heç kimin bu sabotajın arxasında İranın durduğuna şübhə etmədiyini bildirən Bolton deyib:
“Əsl mühüm olan İranın da bunu bildiyimizi bilməsidir”.Lakin Bolton iddialarını əsaslandırmaq üçün heç bir dəlil təqdim eləməyib.
BƏƏ XİN mayın 12-də verdiyi açıqlamasında ölkənin şərq sahilində yerləşən Əl Füceyra limanı yaxınlığındakı dörd ticarət gəmisinin təxribata məruz qaldığını bildirmişdi. Sabotajın insan ölümünə və ya yanacaq sızmasına səbəb olmadığı qeyd edilmiş və istintaq başlanmışdı.
İran XİN isə dörd ticarət gəmisinin BƏƏ sahil suları yaxınlarında təxribata məruz qalmasının narahatverici olduğunu bildirərək hadisənin işıqlandırılmasının lazım olduğunu bildirmişdi.
Hurriyyet.org
Tarix: 29-05-2019, 14:02