“Nyu-York Tayms”: “Tramp Boltondan narazıdır, vəzifəsindən çıxarılacaq”

 ABŞ prezidenti Donald Trampın İran, Venesuela və Koreya Demokratik Xalq Respublikası məsələlərində milli təhlükəsizlik müşaviri Con Bolton ilə razılaşmadığı və bu məsələdən şikayətçi olduğu iddia edilib.
Amerikanın “Nyu York Tayms” qəzeti ABŞ-ın xarici siyasətində, xüsusilə də sülh və savaş məsələlərində Tramp ilə Boltonun mövqelərinin üst-üstə düşmədiyini yazıb. Qəzet Con Boltonun Koreya Xalq Demokratik Respublikasının raket sınaqlarının BMT-nin qərarlarını pozduğu barəsindəki açıqlamasını xatırladaq, Trampın bunun tam əksinə sözlər söylədiyini bildirib.
Xəbərdə ABŞ prezidentinin İran məsələsində də Boltonun “rejimi dəyişmək” çağırışılarını dəstəkləmədiyinə işarə vurulub, Boltonun Venesuelada Nikolas Maduro hökumətinin istefa verməsi üçün etdiyi çağırışlardan narahat olduğu vurğulanıb.
Həmçinin, qəzetə müsahibə verərək, adının açıqlanmasını istəməyən mənbələr Tramp ilə Boltonun şəxsi əlaqələrinin heç zaman normal olmadığını bildiriblər. Onların sözlərinə görə, Tramp Boltonun hərbi ad-sanı ilə bağlı istehza ilə belə deyib: “Bir məsələ Conun öhdəsinə qalıbsa, dörd dənə savaşımız var deməkdir”.
Qəzetə müsahibə verən mənbələr, gələn ildə keçiriləcək seçki kampaniyasından əvvəl Trampın Boltonu vəzifəsindən çıxara biləcəyini iddia ediblər.
Hurriyyet.org
Tarix: 30-05-2019, 12:35
Xəbəri paylaş





Xəbər lenti