“Rusiya nüvə sınaqları keçirir” - ABŞ MÜDAFİƏ NAZİRLİYİ
ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat qüvvələri Rusiyanın aşağı səviyyəli nüvə sınaqları keçirdiyini iddia edib. Məlumatı “Amerikanın səsi” radiostansiyası yayıb.Rusiya hakimiyyəti bu xəbərlə bağlı açıqlama verməsə də, Rusiya parlamenti olan Dumanın Müdafiə Komitəsinin sədri Vladimir Şamanov, “İnterfax” informasiya agentliyinə açıqlamasında deyib:
“Bundan daha məsuliyyətsiz bəyanat vermək mümkün deyil. Nüvə sınağını gizli şəkildə aparmaq olmaz. Bu cür açıqlamalar Amerika ordusundakı peşəkarlıq səviyyəsinin sistemli şəkildə aşağı düşdüyünü göstərir”.Hurriyyet.org
Tarix: 30-05-2019, 14:29