Dollardan imtina mümkün olmadı: Putinin layihəsi İFLASDA


Dollardan imtina mümkün olmadı: Putinin layihəsi İFLASDA

Rusiya və Çin dollardan imtina edə bilməyib. 

Cebhe.info xəbər verir ki, dollardan imtinayla bağlı qərar verilsə də, bunu icra etmək hələlik mümkün olmayıb. Bu barədə  Rusiya Mərkəzi Bankından bildirilib.

Məlumata görə, ötən il iki ölkə arasında rubl və yuanla aparılan sövdələşmələr ümumi ticari əməliyyatların ancaq 17 faizini əhatə edib. Bununla yanaşı, 2018-ci ildə ilk dəfə milli valyutalarla hesablaşmalarda azalma qeydə alınıb. Halbuki, əvvəlki 4 ildə bu rəqəmdə artım vardı. Təkcə 2017-ci ildə bu rəqəm 18.3 faiz təşkil etmişdi. 

Qeyd edək ki, dolların hegemonluğuna son qoymaq üçün bəzi ölkələr ondan imtina qərarına gəlib. Ancaq ticarətdə bunun icrası mümkün olmur. Buna görə də dolları milli valyutalar yox, avro əvəzləyib. 

2018-ci idlə avrozonanın valyutasının ticari sövdələşmələrdəki həcmi 5,3 faizdən 7.3 faizə yüksəlib. 

Tarix: 31-05-2019, 15:38
Xəbəri paylaş





Xəbər lenti