ABŞ QORXUYA DÜŞDÜ: “Ərəblərə sata bilməsək...”

 Çindən, yaxud da Rusiyadan silah alacaq
Hurriyyet.org xəbər verir ki, ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə silah satışının Birləşmiş Ştatlar üçün həyati əhəmiyyət kəsb elədiyini söyləyib.
Trampın Səudiyyə Ərəbistanı və BƏƏ-yə böyük miqdarda silah satmasına razılıq verib-verməməsi ilə bağlı suallara cavab verən Şanahan deyib: “Səudiyyə Ərəbistanı və BƏƏ ilə bağlı vəziyyət belədir: özlərini müdafiə eləmələri üçün onlarla necə bir xarici hərbi satış edirik? Həqiqətən də bütün bunların mərkəzində bu yüksək təhdidə (İran təhdidi) cavab vermək var. İkincisi isə, güclü müttəfiqləri olan ABŞ-dan almazlarsa, təhlükəsizlikləri üçün Rusiya, ya da Rusiyaya üz tutacaqlar”.
Tarix: 12-06-2019, 15:03
Xəbəri paylaş





Xəbər lenti