Zelenski bu şəxsi Milli Qvardiyanın komandanı təyin etdi

Bu barədə prezidentin saytında dərc olunan fərmanda deyilir

Ukrayna prezidenti Vladimir Zelenski bu gün Nikolay Balanı Milli Qvardiyanın komandanı təyin edib.

AzNews.az xəbər verir ki, bu barədə prezidentin saytında dərc olunan fərmanda deyilir.

Digər bir fərmanla Zelenski Balanı Milli Qvardiya komandanlığının müavini vəzifəsindən azad edib.

Yuri Allerovun işdən çıxarılmasından sonra Balan Milli Qvardiyanın komandanı vəzifəsini icra edirdi.

Balan 12 dekabr 1968-ci ildə İvano-Frankovsk vilayətində anadan olub. Saratov ali hərbi məktəbini bitirib.

2003-cü ildə Ukrayna Sərhəd Qoşunları Akademiyasını fərqlənmə diplomu ilə bitirib, 2010-cu ilədək Ukraynanın Daxili İşlər Nazirliyinin Krım ərazi Komandanlığının İdarəsinin rəisi olub.

18 aprel 2014-cü ildə Ukrayna prezidentinin fərmanı ilə Milli Qvardiyanın Komandanlığının müavini təyin edilib. Ukraynada hərbi xidmətə görə medal və ordenlərlə təltif olunub.

Xatırladaq ki, Milli Qvardiyanın keçmiş Baş Komandanı Yuri Allerov mayın 14-də saxlanılıb. O, Kiyevdə mənzil mübadiləsi zamanı etdiyi korrupsiya cinayətində günahlandırılır.


Zərər 81 milyon qrivna dəyərində qiymətləndirilir.

Mayın 17-də Allerov 60 gün müddətinə həbs olunub. Mayın 21-də o, girov müqabilində həbsdən azad edilib.


Tarix: 16-06-2019, 13:17
Xəbəri paylaş





Xəbər lenti