Gürcüstanda hökumət əleyhinə keçirilən etiraz aksiyaları ilə əlaqədar olaraq iyunun 22-də Rusiya Prezidenti Vladimir Putin Rusiyadan Gürcüstana uçuşların qadağan edilməsi ilə bağlı əmr verib və bu qərara əsasən iyulun 8-dən etibarən Gürcüstana uçuşlar dayandırılacaq.
Eyni zamanda Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinə tapşırıb ki, Gürcüstanda olan Rusiya vətəndaşlarının təhlükəsiz şəkildə geri qaytarılması üçün Gürcüstan iqtidarı ilə koordinasiyalı əməkdaşlıq edilsin.
Görəsən, Gürcüstandakı münaqişələrlə bağlı olaraq Azərbaycandan Gürcüstana səfər edənlərin sayında da azalma halı müşahidə edilirmi? Həmçinin biletlərini ləğv etdirənlər olubmu?
Məsələ ilə bağlı “AZTur travel” şirkətindən Cebhe.info-ya verilən məlumata görə, bu günədək heç bir tur bileti ləğv edilməyib:
“Eyni zamanda Gürcüstana səyahət etmək istəyən insanların sayında heç bir dəyişiklik yoxdur. Hazırda Gürcüstana kifayət qədər insan səfər etmək istəyir.
Hazırda “AZTur travel” “Buta Airways” şirkəti ilə əməkdaşlıq edir. Bizdən alınan uçuş biletləri “Buta Airways” şirkətinə məxsusu olduğu üçün, biletləri geri qaytarmaq mümkün deyil”.
Səyad Həsənli