“70 ölkədə 800 hərbi baza, saysız rəsmi və məxfi əməliyyatlar, Atlantik, Sakit, Hind okeanlarında, Aralıq, Qırmızı dənizlərdə, İran körfəzində hərbi-dəniz birləşmələri- bütün bunlar ABŞ ordusunun dünyanın hər yerində mövcudluğunu və gücünü göstərir”,-deyə İsveçrənin Tages-Anzeiger qəzeti yazır.
Qəzetin bildirdiyinə əsasən, ABŞ-ın 700 milyardlıq hərbi büdcəsi dünyadakı bütün dövlətlərin hərbi büdcələrini cəmini belə aşır. “Demək olar ki, əksər məsrəflər infrastrukturun dəstəklənməsinə gedir. Bütün dünya üzrə əməliyyatların təmin olunmasından ötrü daima konteyner gəmilərindən, nəqliyyat və yük gəmilərindən istifadə edilməlidir. Bu isə böyük miqdarda yanacaq sərfinə səbəb yaradır.
Bütün bunlarla bağlı dünyada karbon dioksit tullantılarının böyük bir qismi də ABŞ ordusun payına düşür. 2017-ci ildə hərbi donanma üçün 250 min barell beft alınıb və buradan çıxan yanacaq atmosferə 25 min kilotonn karbon dioksid (CO2) buraxıb.
Məqaladə Darem və Lankaster universitetlərinin alimlərinin”Transactions of the Institute of British Geographers” elmi jurrnalında dərc olunan araşdırmalarının nəticələrindən geniş şəkildə istifadə olunub.
Araşdımaya görə, ABŞ ordusu tarix boyu dünyanı ən çox çirkəndirən qurumlardan biri sayılır. Bir il ərzində o, orta böyüklükdə ölkələrin hamısından çox yanacaq işlədir və bu da havaya zəhərli buxar qazının buraxılamsına səbəb olur.
“Əgər ABŞ ordusu ayrı dövlət olsaydı o, maye yanacaqdan istifadə olunmasına görə dünyanı çirkləndirən ölkələr arasında 52-ci yeri tutardı və arxasında ən az 140 dövləti geridə buraxardı”,-deyə yazıda bildirilir.
ABŞ Silahlı Qüvvələrinin Lojistik (nəqliyyat) agenltiyinin (DLA) alimlərinin verdiyi məlumatlarda isə CO2-nin ən az yarısı hərbi aviasiyanın, üçdə biri isə hərbi-dəniz qüvvələrinin payına düşür.
Musavat.com