“Bu nazir ölkənin utancıdır”- Deputatdan SƏRT ETİRAZ

       “Ukrayna Xarici İşlər naziri Pavel Klimkin dövlət diplomatiyasını biabır edir”.
Cebhe.info xəbər verir ki, bunu Ali Radanın deputatı Nikolay Skorik mətbuata açıqlamasında deyib. Naziri “ölkənin utancı” adlandıran deputat bildirib ki, söhbət nazirin xarici görünüşündən yox, onun işinin nəticəsindən gedir. "Mən Zelenski - Klimkin savaşında heç bir tərəfi dəstəkləmirəm",- deyə deputat münaqişəyə münasibətini bildirib.
Xatırladaq ki, 27 iyunda Zelenski Klimkini bəzi məsələləri onunla razılaşdırmamaqda ittiham edib. Prezident bildirib ki, o, ölkənin beynəlxalq addımları barədə məlumatı nazirdən yox, internetdən alır.
Tarix: 29-06-2019, 15:07
Xəbəri paylaş





Xəbər lenti