İrandan təhdid bəyanatı: “ABŞ hücum edərsə, yarım saatda...”


İrandan təhdid bəyanatı: “ABŞ hücum edərsə, yarım saatda...”

“Əgər ABŞ İrana hücum etsə, İsrail yarım saata məhv ediləcək”.

Cebhe.info xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik komitəsinin rəhbəri Muctəba Zonnur deyib. O bildirib ki, İsrailin yarım saat mövcud olmaq şansı olacaq: “Əgər bizə ABŞ tərəfindən hücum olarsa, İsrail ancaq yarım saat davam gətirəcək”.

İranın hərbi qüdrəti ilə öyünən komitə sədri bu gücün İsrail üzərində sınaqdan keçiriləcəyini əminliklə bəyan edib. Xatırladaq ki, bundan əvvəl Amerika Prezidenti Donald Tramp İranla müharibənin qısa sürəcəyini bildirmişdi.

Tarix: 1-07-2019, 23:45
Xəbəri paylaş





Xəbər lenti