Hurriyyet.org xəbər verir ki, İngiltərənin iqtisadiyyatdan yazan “Financial Times” qəzeti Türkiyə prezidenti R.T.Ərdoğanın Mərkəz Bankının sədri Murat Çətinqayanı vəzifədən çıxarması qərarından yazıb. FT-nin analizində deyilir: “Xaricdən gələn axından asılı iqtisadiyyat quran Ərdoğan atəşlə oynayır”.Qəzet Ankara və İstanbulda ard-arda seçki məğlubiyyəti ilə üzləşən Ərdoğanın “iqtisadiyyatı uçurumdan aşağı ataraq, öz gedişini sürətləndirdiyi riskini etdiyini” iddia edib. Qəzetin baş məqaləsində deyilir: “Lakin şənbə günü verdiyi qərar göstərir ki, Ərdoğanın avtoritar meylərini azaltmaq və ya iqtisadi siyasətini düzəltmək niyyəti yoxdur... Ərdoğan bir daha həyati əhəmiyyətə malik bir dövlət qurumunun və hökumətin pul siyasətinin nüfuzuna xələl gətirdi”.
Qəzet Qərbin S-400 sövdələşməsi ilə bağlı narahatlığını paylaşaraq yazır: “Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin bu həftə təslim edilməsi də buna əlavə edilir. Bu, Türkiyənin ehtiyacı olan son şeydir və investorların yenidən danışmağa başlamasına səbəb olacaq, kövrək türk lirəsinin üzərinə düşən təzyiqi artıracaq lazımsız bir addım idi”.
“Türk seçicilər Ərdoğanın iqtisadi siyasəti ilə bağlı narahatlıqlarını mart ayındakı seçkidə aşkar şəkildə ortaya qoydular. Hökumətin mətbuatdakı qeyri-bərabər təsirinə rəğmən, Ərdoğanın rəhbərlik elədiyi AKP partiyası böyük bir itki ilə üzləşdi”.