ABŞ defolta gedir


ABŞ defolta gedir

Bu ilin sentyabrında vergi daxilolmalarının azalması səbəbindən ABŞ-ı defolt gözləyir. 

Cebhe.info xəbər verir ki, bu barədə Bloomberg İkipartiyalı Siyasət Mərkəzinin hesabatına istinadən yazıb.

Ekspertlər bildirir ki, ABŞ-ın dövlət borcunun limiti sentyabrın əvvəlində artacaq. Konqres limitin artırılması barədə qərar qəbul edərsə, bu baş verəcək. İndiki hesabatlarda isə mütəxəssislər bunun 2019-cu ilin oktyabr-noyabr ayında olacağını gözləyirdilər. 

ABŞ parlamentinin Aşağı Palatası 26 iyulda məzuniyyətə gedəcək. Limitin artırılması barədə qərar isə hələ də konqresmenlər tərəfindən baxılmayıb. Əgər konqresmenlər limitin artırılması qərarına baxmadan məzuniyyətə getsələr, ABŞ hökuməti öz kredit öhdəliklərini icra edə bilməyəcək vəziyyətlə qarşılaşacaq.

Xatırladaq ki, 2019-cu ilin əvvəlində ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 22 trilyon dollara yüksəlib. 

Xəzər

Tarix: 9-07-2019, 16:53
Xəbəri paylaş





Xəbər lenti