Rusiya Müdafiə Nazirliyi S-400 zenit-raket sistemlərinin birinci hissəsini Türkiyəyə çatdırılmasını əks etdirən videogörüntüləri yayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, videoçarx Müdafiə Nazirliyinin “YouTube”dakı rəsmi kanalında yerləşdirilib.
Videoya aid qeyddə bildirilir ki, ixracın reallaşdırılması Türkiyənin hava hücumuna qarşı müdafiə sisteminin təkmilləşdirilməsi haqqında razılaşmaya uyğun olaraq aparılır.
Daha əvvəl bildirilirdi ki, S-400 raketləri Ankaradakı Mürted aviabazasına daşınır.
Türkiyə Müdafiə Sənayesi Nazirliyinin məlumatına görə, müqavilə üzrə digər avadanlıqların çatdırılması yaxın vaxtlarda davam etdiriləcək.