İsrailin regional əməkdaşlıq naziri Tsaxi Xaneqbi dünən bəyan edib ki, İsrail yaxın iki il ərzində İranla ehtimal olunan hərbi qarşıdurmaya hazırlaşır.
İsrailin təhlükəsizlik kabinetinin üzvü olan Xaneqbi deyib: “İranla hərbi qarşıdurmanın olması ehtimalı müharibənin olmaması ehtimalından daha yüksəkdir”.
O vurğulayıb ki, bu, yalnız zaman məsələsidir. Tsaxi Xaneqbi açıq şəkildə bəyan edib ki, İsraillə İran arasında gərgin münasibətlər çoxdan bəri “proksi müharibədən birbaşa münaqişəyə keçib”.
“Bizimlə (İsraillə – red.) İran arasında birbaşa müharibə olacaq. Bu qaçılmazdır”, – israilli nazir əminliklə deyib.
O ki qaldı mümkün müharibənin səbəblərinə, Xaneqbi Suriyanı yada salıb və bildirib ki, İsrail İran qüvvələrinin bu ölkəyə köçürülməsinə yol verə bilməz.
“Əks halda, sərhədlərimizin bilavasitə yaxınlığında terrorçu krallıq olacaq”, – Xaneqbi qeyd edib. /Virtualaz.org